BİZNES

Azərbaycanda iş quran sahibkarlara bir çox vergi güzəştləri ediləcək-FİNS
14 FEVRAL
236

Azərbaycanda iş quran sahibkarlara bir çox vergi güzəştləri ediləcək-FİNS

2019-02-14 09:48:00

 Fins.az-ın məlumatına görə 2019-cu ilin fevral ayının 3-də Əmək Məcəlləsinin aşağıdakı maddələrinə dəyişiklik edilmişdir.Bu dəyişikliyi Fins.az-a şərh edən iqtisadçı ekspert Rauf Qarayev bidirib ki, "Əmək məcəlləsinə edilmiş müvafiq dəyişiklikdə Maddə 4. Bu Məcəllənin tətbiq edildiyi iş yerləri.Ələt azad iqtisadi zonasında əmək münasibətləri “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.Maddə 62. İşçinin işdən kənar edilməsi.

3.İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir.

Maddə 4-də dəyişikliyin səbəbi yəni əlavənin edilməsinin səbibi Ələt zonasında Birləşmiş Ərəb Əmirliklərindəki  kimi, azad iqtisadi zona yaradılır. Yəni həmin ərazidə, xarici ölkələrdən ölkəyə gələn və iş quran sahibkarlara, ərazidə fəaliyyət göstərdiyi təqdirdə, onlara bir çox vergi güzəştləri ediləcək. Eləcə də ƏM 4 maddə də orada işləyən sahibkarlara və onların işçilərinə tətbiq ediləcək.
Digər dəyişiklik 3 maddədədir. Misal: İşçi ağır xəstəliklə əlaqədar, aylıq tibbi müayinədən keçə bilməyib, bu zaman o işdən çıxarsa, xəstəlik müddətdə olan dövr üçün əmək haqqı ödənilməlidir"

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257