BİZNES

Məmməd Şahməmmədli:"Reklam verənlərə tövsiyyəm odur ki,..."
13 FEVRAL
523

Məmməd Şahməmmədli:"Reklam verənlərə tövsiyyəm odur ki,..."

2019-02-13 17:39:00

Fins.az-ın bu dəfə ki, müsahibə bölməsinin qonağı AAM Advertising şirkətinin təsisçisi Məmməd Şahməmmədlidir. O ölkənin reklam bazarında baş verənlər barədə öz fikirlərini bizimlə bölüşüb. Odur ki, Məmməd Şirməmmədlinin müsahibəsini təqdim edirik.

Reklam bazarında kifayət qədər təcrübəsi olan M.Şahməmmədliyə ilk sualımız ötən ilin yekunları ilə bağlı oldu. O 2018-ci ili ölkəmizin reklam bazarını necə qiymətləndiridiyi barədə danışdı.

Ölkəmizdə iqtisadi artım reklam bazarına da təsirsiz ötüşməyib. Belə ki, 2018-ci ilin reklam bazarı 2017-ci il ilə müqayisədə daha aktiv olub . Daha dəqiq desək reklam dövriyyəsi 2017-ci illə müqayisədə daha çox olub.

2019-cu ildə reklam bazarının prioritetləri nə olacaq?

 Bizim fikrimizcə, 2019-cu ildə reklam bazarının bəzi seqmentləri böyüməyə davam edəcək. Bu əsasən qlobal media platformaları olacaq. Sosial medialar və Google platformaları .

Necə fikirləşirsiz 2019 – cu ildə ölkənin reklam bazarında daha çox paya internet yoxsa televiziya reklamları sahib ola bilər?

2018-ci ildə Rusiyada internet reklamının həcmi televizya reklamı ilə bərabərləşib. Bunu nəzərə alsaq  deyə bilərik ki, internet reklamının həcmi daha da böyüyəcək. Bu bütün dünyada belə olacaq. İnternetin ümumiyyətlə televizyanın da mövhumu dəyişilir. Amerikada televiziya televizya deyil, Netflixdir, Hulu-dur və s kimi stream servicelərdir. Azərbaycanda da elə gənc ailələr var ki, evində televizor yoxdur. Televizor internetə qoşulub və onlar ənənəvi televiyalara yox başqa kontentə baxırlar. Hazırda televizor deyəndə biz ayırd etməliyik ki, söhbət nədən  gedir contentdən yoxsa Diplay-in böyüklüyündən gedir? Display televiziya kimi qala bilər ola bilər hər –hansı Azərbaycan serialına youtube vasitəsi ilə baxa bilər. Bunu başa düşmək lazımdır ki, ümumi televizya desək  bunlar hamısı biri-birinə qarışacaqdır. Burada ayırmaq lazımdır  ayrıca content düzəldən şirkətləri məsələn A televizyası yaxud  B  bunlar yayımla məşğuldur həm də content istehsal edirlər . Onun contentinə başqa yayım vasitələri ilə də, smart  tv dən də, youtubda da  baxa bilərlər adi qayda da baxa bilərlər. Bir neçə displaydən eyni contentə baxmaq olar. Kontentdə nəyə baxacaqlar bu artıq başqa mövzudur. Azərbaycanda dil baryerləri var ona görə də azərbaycandilli istəsə də Netflixdə  ingilis dilində kinolar da baxa bilmir çünki  dili bilmir ki, həmin kinolara baxsın.

Televizyaya investisiya yatırmağa dəyər?

Televiziyanın 3 qolu var biri content qoldur hətta BBC-nin belə öz contenti var,istehsalı o contentdə həyata keçirir.İkinci  televizyanın yayım vasitələridir.Televizyanın dalğası. Bu ikisinə baxanda televiziya content kimi qala bilər. Onun insanlara çatdırma metodları  cürbəcür ola bilər.Tək ənənəvi üsulla yox başqa üsullarla da öz kontentini insanlara çatdıra bilər.

2019-cu ilin Azərbaycan bazarının tələbləri nə olacaq?

Azərbaycan bazarında yerli reklam meydançaları gərək müasir texnologiyaları reklam verənlərə təklif etsinlər ki, öz bazarlarını qoruyub saxlaya bilsinlər. Hər bir reklam verənin ,hər bir məhsulun öz effektiv kombinasiyası var. Bunlar heç vaxt eyni olmur. Reklam verənlərə tövsiyyəm odur ki, öz məhsuluna,malına uyğun kombinasiyadan istifadə etsinlər.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257