BİZNES

VÖEN deaktiv edildikdən sonra hesabat verilməlidir?
13 FEVRAL
411

VÖEN deaktiv edildikdən sonra hesabat verilməlidir?

2019-02-13 11:34:00

Fins.az-ın vergi ödəyicisi ləğv edildikdə hansı addımların atılması ilə bağlı məlumat verir. Vergi ödəyicisi ləğv edildikdə və ya fəaliyyətini müvəqqəti dayandırdıqdan sonra vergi orqanına hesabat verməlidirmi? sualına aydınlıq gətirən iqtisadçı-ekspert Rauf Qarayev bildirib ki,"Vergi Məcəlləsinin 16.3. maddəsinə əsasən vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur. Vergi Məcəlləinin 221.3. maddəsinə əsasən sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər.Vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, bu Məcəllədə müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Misal 1. A şəxs vergi ödəyicisidir. 2018-ci ildə fəaliyyət göstərib. 2019-cu ilin 05 yanvar ayında fəaliyyətini müvvəqəti dayandırır. 05 yanvar tarixinə kimi dövrə aid arayış təqdim edir. Həmin arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Əgər müəyyən olarsa ki, şəxs baxmayaraq ki, fəliyyətini 05 yanvar 2019-cu il tarixində müvəqqəti olaraq dayandırıb, amma ondan sonra da 31 mart ayına kimi fəaliyyətini davam edib, belə olan halda vergi orqanı vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər yəni 05 yanvar 2019 – 31 mart 2019 aralığında tarilər  üzrə yəni vergi orqanına aprel ayının 20-nə kimi hesabatlar təqdim etməsi tələb olunur. Sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Yəni aprel ayının 20-nə kimi hesabtlardan əlavə vergiləri də dövlət büdcəsinə ödəməlidirlər.

Misal  2. Yuxarıdakı misala uyğun əgər A şəxs 05 yanvar tarixində fəaliyyətinə xitam verilibsə, eyni xarakterli əməliyyatlar icra olunur. Yəni vergi  Məcəlləsində  müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257