BİZNES

Biznes forum təxirə salındı
12 FEVRAL
69

Biznes forum təxirə salındı

2019-02-12 17:44:00

“Caspian European Club”un fevralın 13-nə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə nəzərdə tutulmuş biznes forumu təxirə salınıb. Fins.az xəbər verir ki, bu barədə Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib. Təşkili hələ yanvar ayında planlaşdırılmış tədbirə qatılmaq üçün 120-dək iştirakçı qeydiyyatdan keçib. Onların arasında Azərbaycanda akkreditə olunmuş diplomatik qurumların və beynəlxalq təşkilatların 20-dən çox rəhbər və nümayəndəsi var. Lakin əhəmiyyətli dövlət tədbirləri ilə əlaqədar Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə biznes forumun işində iştirak edə bilməyəcək.

“Bu barədə bizə tədbirin həmtəşkilatçısı olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adından nazirliyin rəsmi nümayəndəsi məlumat verib. Bununla əlaqədar biznes forum təxminən fevralın sonuna və ya martın əvvəlinə keçirilir. Dəqiq tarixlə bağlı əlavə məlumat veriləcək”, - deyə T.Əliyev qeyd edib.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259