BİZNES

Vergi Məcəlləsindəki dəyişikliklərlə bağlı təlim
12 FEVRAL
90

Vergi Məcəlləsindəki dəyişikliklərlə bağlı təlim

2019-02-12 13:07:00

Fins.az-ın məlumatına görə, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə “Caspian Legal Center” şirkəti arasındakı əməkdaşlıq çərçivəsində Vergi Məcəlləsinə edilən dəyişikliklər mövzusunda təlim keçirilib.Assosiasiyanın idarə heyətinin sədri Səkinə Babayeva Vergi Məcəlləsində edilən dəyişikliklərin aşılanması üçün belə təlimlərin vacibliyini vurğulayıb. ASQİA-nın aqrar komissiyanın sədri Rəna Qəfərova isə sahibkarlığın inkişafı üçün davamlı təlimlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.Təlimin məruzəçiləri “Caspian Legal Center” əməkdaşları olub. İştirakçıların sualları əsasında interaktiv şəkildə keçirilən təlimdə Vergi Məcəlləsinə edilən son dəyişikliklərlə bağlı lazımi məlumatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259