BİZNES

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi nə qədər artıb?
12 FEVRAL
55

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi nə qədər artıb?

2019-02-12 12:32:00

Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 2,7% üstələyərək 2,9mlrd. manata bərabər olub. Fins.az xəbər verir ki, Dövlət Statistika Komitəsinə istinadən verdiyi məklumata görə, ticarət dövriyyəsinin 1,5 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,4 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar ayına nisbətən real ifadədə müvafiq olaraq 2,4% və 3,1% artıb.

Bu ilin yanvar ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,3%-i ərzaq məhsullarının, 5,9%-i içkilər və tütün məmulatlarının, 17,6%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1%-i elektrik malları və mebellərin, 5,7%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,4%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Hesabat ayında istehlak məhsullarının dəyər ifadəsində 19%-i ticarət müəssisələri, 50,4%-i fərdi sahibkarlar tərəfindən, 30,6%-i isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 31,4% artıb, fərdi sahibkarlar üzrə 0,5%, bazar və yarmarkalarda 5%azalıb.

Yanvar ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 293,8 manat və ya 2018-ci ilin müvafiq ayının göstəricisindən nominal ifadədə 8,1 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ay ərzində 147,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 146,2 manatlıq qeyri-ərzaq məhsulları alıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259