BİZNES

Lotereya uduşundan nə qədər vergi tutulur?
12 FEVRAL
323

Lotereya uduşundan nə qədər vergi tutulur?

2019-02-12 10:29:00

Fins.az lotereya uduşundan nə qədər vergi tutulmasına aydınlıq gətirir.Lotereya uduşundan tutulan vergi ödəməsi ilə bağlı məlumat verən iqtisadçı -ekspert Rauf Qrarayev bildirib ki, " Vergi Məcəlləsinin 102.1.26. maddəsinə əsasən maliyyə bazarlarına nəzarət orqanında qeydiyyatdan keçmiş lotereyalardan pul şəklində əldə edilən uduşların 10 manatadək olan hissəsi gəlir vergisindən azadır.Vergi Məcəlləsinin 101.5. maddəsinə əsasən idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən (Azərbaycan Respublikasının hüdudlarından kənarda təşkil edilən mərc oyunlarından, yarışlardan və müsabiqələrdən əldə edilən nağd pul vəsaiti istisna olmaqla) 10 faiz dərəcə ilə vergi tutulur.Misal: Lotereya işi ilə məşğul “A” MMC Maliyyə Bazarılarına Nəzarət Palatasında dövriyyə buraxılacaq lotereyalarını qeydiyyatdan keçirib. İştiraka görə 100 000 pul ödəyib. Bu pul mükafat məbləğindən çıxılacaq. Yəni “A” MMC-yə qaytarılacaq. Lotereyada iştirak etmiş 10 manatadək uduş məbləği vergidən azaddır. B adlı şəxs 30 manat mükafat qazanıb. 30 manat -10 = 20 manatın 10 faizi yəni 20*10% = 2 manat vergiyə cəlb olunacaq. Vətəndaş bu halda 28 manat mükafat qazanmış olur" 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262