BİZNES

Sahibkarların 1500-dən çox müraciətinə baxılıb
11 FEVRAL
145

Sahibkarların 1500-dən çox müraciətinə baxılıb

2019-02-11 15:25:00

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin 960 nömrəli “Qaynar xətt”i və ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası” ötən il ərzində müəlliflərin, digər hüquq sahiblərinin və sahibkarların istifadəsində olub, onların əqli mülkiyyət məsələləri üzrə 1500-dən çox müraciət və sorğusuna baxılıb. Fins.az xəbər verir ki, bu barədə “İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu” mövzusunda fevralın 11-də Bakıda keçirilən konfransda danışılıb.

Qeyd olunan məsələlərin həllində, həmçinin iddia ərizələrinin tərtib edilməsində sahibkarlara köməklik göstərilib, əqli mülkiyyət, o cümlədən sənaye mülkiyyəti obyektləri ilə bağlı müxtəlif məhkəmə instansiyalarında keçirilən 21 iş üzrə 40-dan çox məhkəmə iclasında iştirak edilib, dövlət, məhkəmə orqanlarının və hüquq sahiblərinin sorğuları əsasında müəllif-hüquq məsələləri ilə bağlı 20-dək ekspert rəyi hazırlanıb, maarifləndirmə tədbirləri keçirilib.

© AZƏRTAC 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9126
  • ₽ RUB
    0.0266