BİZNES

Bu şəxslər əmək müqaviləsi bağlamaq məcburiyyətindədir-FİNS
11 FEVRAL
160

Bu şəxslər əmək müqaviləsi bağlamaq məcburiyyətindədir-FİNS

2019-02-11 10:38:00

 Vergi Məcəlləsində edilmiş mütərəqqi dəyişikliklər eyni zamanda əhalinin rifah halının yaxşılaşdırılması yolunda atılmış addımlar özəl eyniylə dövlərt müəssisələrində işçilərin hər biri ilə əmək müqaviləsinin bağlanmısını labüd edir. Belə ki, hökümət tərəfindən elə bir sistem yaradılıb ki, işçi ilə əmək müqaviləsinin bağlanması fərdin özü ilə yanaşı işlədiyi özəl yaxud dövlət müəssisəsinin daha çox özünə xeyir gətirir.Buna baxmayaraq yenə də işçi ilə əmək müqaviləsi bağlamadan fəaliyyət göstərən subyektlər mövcuddur.  Əmək müqaviləsini bağlamaq məcburiyyətində olan şəxslər barədə FİNS.AZ-a məlumat verən iqtisadçı-ekspert Rauf Qarayev bildirib ki, "Mülkü Məcəllənin 5 maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər.Qanun 6 maddəsinə əsasən Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Qanun  10  maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Vergilə Nazirliyinin qeydlərinə əsasən gün ərzində müəyyən şəxsə məxsus əmlakdan, resurslardan istifadə etməklə, həmin şəxsin iş vaxtı ərzində müəyyən fəaliyyətin göstərilməsi artıq əmək funksiyasının icrası anlamını verir və belə olan halda tərəflərin münasibətləri artıq mülki hüquqi müqavilə ilə deyil, əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Əmək fəaliyyəti həyata keçirən işçi ilə əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlana bilməz və əks halda bu mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

Misal: “A” şəxs xidməti müqavilə ilə “R.Q.E.” MMC-yə işə cəlb olunur. Xidmətlərin götərilməsi qaydasında icraçının sifarişçinin (MMC) sifariş verdiyi mühasibatlıq xidmətlərini həyata keçirir. Müqavilənin müddəti 1 il, gündəlik iş vaxtı 9:00 – 18:00 kimi və nahar vaxt qeyd edilir. İstirahət vaxtı 2 gün qeyd olunur. Göründüyü kimi bu artıq əmək müqaviləsi sayılır. Bundan əlavə şəxs MMC-nin avadanlığından istifadə edir. Bu da əmək müqaviləsinin tələblərinə uyğun gəlir. Belə olan halda şəxs əmək müqaviləsi bağlamalıdır. Əks halda, MMC məsuliyyətə cəlb olunacaq.

Şəxs aşağıdakı halda xidməti müqavilə ilə işini həyata keçirməlidir. Öz əmlakından, resurslarından istifadə etməklə xidmət göstərməlidir. Bundan əlavə vergi uçotunda durmalıdır. Xidməti müqavilə bu formada tərtib edilməlidir.

5.2. Bu Müqavilədə nəzərdə tutulan ________________________ xidməti __ saat, gün, ay müddətində həyata keçirilməlidir"

 

Müəllif: Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259