BİZNES

Repetirorlar nə qədər vergi ödəməlidir?-FİNS
08 FEVRAL
360

Repetirorlar nə qədər vergi ödəməlidir?-FİNS

2019-02-08 17:31:00

Fins.az Repetirorların nə qədər vergi ödəməsi barədə məlumat veririr. Repetirorlar nə qədər vergi ödəməlidir? sualına aydınlıq gətirən iqtisadçı-ekspert Rauf Qarayev bildirib ki, Vergi Məcəlləsinin 218.5.10. vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Misal – 1. Kimya fənni üzrə repetitor ayda 100 manat olmaqla, bir şagirdi kimya fəndindən hazırlaşdırır. Belə olan halda, şagird vergi ödəyici olmadığına görə yəni əhali kateqoriyasına aid olduğuna görə, o gəlirindən 2 faiz vergi verməlidir.

100 * 2% = 2 manat  vergi ödəyəcək.

Kimya fənni üzrə repetitor özəl kurslarda xidməti müqavilə ilə çalışır. Belə olan halda gəlirin 20 faizindən gəlir vergisi ödəməlidir. Vergi Məcəlləsinin 102.1.30. maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi güzəşt edilir.  

Misal – 2. 1000 manatlıq xidməti müqavilə bağlayıb və 1000 manatda gəlir əldə edib. 300 manat Vergi Məcəlləsinin 108 maddəsinə əsasən gəlirdən çıxılan xərcdir. 1000 (gəlir)  – 300 (xərc) = 700 manat *75% (güzəşt) = 525 manat güzəşt. 700 – 525 (güzəşt) = 175 manat * 20% (gəlir vergisi) = 35 manat vergi ödəyəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8931
  • ₽ RUB
    0.0263