BİZNES

Aysel Cəbrayılova: "Müştərinin olduğu hər yerdə olmaq vacibdir"
08 FEVRAL
1407

Aysel Cəbrayılova: "Müştərinin olduğu hər yerdə olmaq vacibdir"

2019-02-08 16:51:00

Fins.az –ın növbəti müsahibi öz sahəsində  kifayət qədər yüksək səviyyəli  uğur nümunəsi göstərə bilmiş FİL agentliyinin rəhbəri Aysel Cəbrayılovadır.

SMM nədir və nə üçün lazımdır?

SMM işi sosial şəbəkə hesabının yaxud səhifəsinin idarə olunması ilə bağlı fəaliyyət növüdür.Bu sahədə olan əməkdaş özünü daim yeniləməlidir. Trendlər hər gün dəyişir,bu gün doğru bildiyin sabah əks effekt verə bilər. Effektiv alətlər,sosial mediada istifadə olunan keyslər bir dəfə uğurlu oldusa həmişə uğurlu olacaq demək deyil. Bizim şirkət ilk başlayanda yalnız SMM xidməti təklif edirdik.Hazırda fəaliyyətimizi genişləndirərək, xidmət  seqmentimizi  çoxaltmışıq. Fəliyyətə başladığımız ilkin dövrlərdə kiçik orta və böyük bizneslə məşğul olan şirkətlərin sosial şəbəkələrdəki siması olaraq,bizneslərini böyütmək üçün onlara dəstək verirdik.  Əməkdaşlıq etdiyimiz şirkətin özünün strategiyasından asılı olaraq biz onlara sosial mediada kömək edirik. Bu xidmətlər şirkətin sosial şəbəkədə nəyə görə olmaq məqsədindən aslıdır. Bütün şirkətlər sosail şəbəkədə olmalıdır? sualı yaranırsa bizim cavabımız xeyr,  hər bir şirkət  öz auditoriyasına uyğun sosial şəbəkədə olmalıdır. Misal üçün, bugün instagram sosial şəbəkəsi üzrə istifadəçi sayı sürətlə artır. İstifadəçilər mebeli, texnikanı, səyahət turunu və s. məhsul və xidmətləri məhz instagram səhifələrindən sifariş edirlər.

SMM-in biznesin inkşafına dəstəyi hansı səviyyədədir?

SMM-in biznesə dəstək faizini əgər Azərbaycan reallığı ilə  desək bu dəstəyi  50%-dən daha yüksək qiymətləndirmək olar.

Bunu nəyə əsasən deyirsiniz?

Bu fikri istifadəçilərin say nisbətini nəzərə alaraq deyirəm. Azərbaycanda sosial şəbəkə istifadəçilərinin statistikasına nəzər saldıqda belə qənaətə gəlmək olur ki, hamının sosial şəbəkədə hesabı var. Demək olar ki, telefonu olmayan insan yoxdur.İnternet şəbəkəsinə çıxış da zaman keçdikcə  daha da gücləndirilir. Bu sahədə Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək texnologiyalar nazirliyi ,eyni zamanda ayrı-ayrı dövlət qurumları çoxsaylı irimiqyaslı layihələr həyata keçirir. İnternet şəbəkəsinin güclənməsi təbii ki, insanların internetdən, sosial mediadan istifadə imkanlarını daha da genişləndirir. Hazirda ən ucqar regionlarda belə internet şəbəkəsi gücləndirilərək istifadəçilər üçün  daha da böyük imkanlar yaradılır. Bütün bu tədbirlər insanların mobil internetdən istifadə faktorunu çoxaldır. Bir sözlə internetdən konkret  ifadə etsək  sosial mediadan istifadə edən insanların sayı çoxalır. Bu faktoru nəzərə alan biznes sahibi müştərisi hardadırsa orada da reklam verməlidir.İnternet istifadəçilərinin sayı daha çoxdursa biznesi olan sahibkar öz binesinin inkşafı naminə  məcburən sosial şəbəkədə də olmalıdır. Bu gün müştərilər şikayətlərini də,təşəkkürlərini də ,təriflərini də sosial media vasitəsi ilə bildirilər. İnsanların çox faizi nəsə axtaranda da sosial mediada axtarır. Misal üçün mənə savadlı göz həkimi lazımdır. Əvvəllər insanlar qonşularından soruşurdular. Hazırda bizdə qonşuluq mədəniyyəti zaman keçdikcə sıradan çıxır. Yeni tikililərdə yaşayanlar demək olar ki, heç qonşusunu tanımır. Reallıqdan fərqli olaraq sosial mediada hamı dostlarını tanıyır.Bəzi istifadəçilər deyir ki, filan şəxs mənim dostluğumdadır amma mənim postlarımı like etmir.Bütün bu faktlar onu göstərir ki, günün tələbi dəyişib. İnsanın həyat tərzi dəyişib. İnsanlar zaman keçdikcə bəzən istəyərəkdən, bəzən də istəməyərəkdən sırf işinin tələbinə görə yaxud zamanla ayaqlaşmaq üçün sosial mediada hesab açır və təbii ki sosiallaşır. Ona görə də biznesdə auditoriyasından aslı olaraq şirkətlər sosial şəbəkədə mütləq olmalıdır.

SMM-ə xərclənən məbləğin geridönüş  müddəti necədir?

Geridönüşü bir ay ərzində hesablamaq doğru deyil. Ümumiyyətlə şirkət öz dövriyyəsinin  müəyyən (sektora görə dəyişir) faizini marketinq xərcləri üçün ayırmalıdır ki, biznesinin daha yaxşı və sürətli inkşafına nail ola bilsin. SMM sahəsinə ayrılan maliyyənin geridönüşü zaman keçdikcə reallaşır.Buna əsaslanaraq demək olar ki, şirkət düzgün startegiya ilə hərəkət etsə geridönüşünü  təxminən 3-6 ay sonra ala bilir. Sosial şəbəkələr davamlılığı və çevikliliyi sevir. Sosial şəbəkədə rəqabət daha böyükdür. Rəqiblərdən seçilmək üçün məcbursunuz ki, ani cavablar verəsiniz, adi bir şikayəti  belə dərhal cavablandırmaq lazımdır ki,o başqalarına neqativ təsir etməsin. Məsələn normal halda hər-hansı mağazada nədənsə narazı olanda dostlarına,tanışlarına deyirdi.  Nəzəri dillə desək ən azı  9 nəfərə deyilirdi. Sosial şəbəkələr dövrü  adlandırlan indiki dövrdə  isə,bir istifadəçi  bir şirkətdən narazılıq edirsə, bu barədə ən azı facebook hesabında yazır .Facebookda da onun dostluğunda  500 insan varsa, təxminən 100  istifadəçi bu şikayət postunu görsə və bu istifadəçilər də paylaşsa və bu yüz nəfərin də 100 nəfər dostu olsa artıq bu geniş auditoriya deməkdir.

Əvvəllər bir müştərinin gündəlik 50 manatlıq alış-veriş etdiyini təxmin edərək bu məbləği 9-a(9nəfərə) vuraraq  1 ay ərzində 1 narazı  müştərinin şirkətin gəlirini nə qədər azaltdığı hesablanırdı.  Həmin bir aylıq ziyan miqdarı da 12-ə (ay) vurulurdu bir şikayət edən müştərinin bir il ərzində şirkətin gəlirini bu qədər azaldığı  təyin edirdik. Sosial şəbəkə reallığında isə bu rəqəmlər və hesablama faktorları tamamilə başqadır. Böyük miqyaslı göstəricilərlə üz-üzə qalırıq. Bu onu göstərir ki , sosial şəbəkələrdə bir narazılıq şirkətin gəlirinə nə qədər böyük təsir imkanına malikdir.Sosial şəbəkə faktorunun yaxşı tərəfini hesablasaq  bu da irimiqyaslı inkşafa təkan verən amil kimi dəyərləndirliməlidir.

Hər -hansı şirkət SMM seçəndə əsas hansı parametrlərə üstünlük versin?

SMM-i outsource edirsinizsə, 2 amili diqqətlə incələməlisiniz. 1) Seçdiyiniz şəxs və ya şirkətin portfoliosu (gördüyü işlərin toplusu) 2) İş mexanizmi, KPI – Sizə nə vəd edirlər? Hesabatlılıq hansı səviyyədədir?

Büdcəni qeyd etmirəm çünki bəzən ilkin seçimdə etdiyiniz qənaətlər ilsonu zərərlərə səbəb ola bilir. Ona görə ən ucuzunu deyil, ən keyfiyyətlisini seçməyə çalışın.

Biznes üçün SMM-siz uğur var?

Bir şirkətin uğurunu təmin edən əsas amillər şirkətin bacarıqlı və motivasiyalı komandası, maliyyə idarə etməsi, müştəri portfeli, marketinq siyasəti və biznes-sistem prosesləridir. SMM marketinq strategiyasının bir parçasıdır. Şirkətin hədəflərinə görə hansı reklam platformalarında olması müəyyənləşir. Bugün internet penetrasiyası artdıqca sosial media istifadəçiləri də artır. Ona görə də hər bir şirkət üçün Sosial mediada olmaq şərtdir. Hansı sosial şəbəkədə olmaq isə auditoriyaya görə müəyyən olunur. Müştərinin olduğu hər yerdə olmaq vacibdir. Ona görə də hesab edirəm ki, dünənə qədər fərq etməsə də, bugün sosial şəbəkələrdən maksimum istifadə etmək lazımdır.

Müəllif: Aynur Qəniyeva

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259