Fins.az-ın məlumatına görə,İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Biznes və Sənaye üzrə Məsləhət Komtəsinin (BIAC) fevralın əvvəlində keçirilmiş biznes forumunda "Rəqəmsal iqtisadiyyatın vergi problemlərinin həlli üçün biznesin aparılması prinsipləri" ictimaiyyətə açıqlanıb. Sənəddə 11 prinsip göstərilir ki, mütəxəssislərin rəyinə görə, müasir iqtisadi gerçəklikləri nəzərə almaqla ölkələrin beynəlxalq vergi qanunlarının yeniləşdirilməsi üzərində işlədiyi bir vaxtda həmin prinsiplərin nəzərə alınması zəruridir. Sənəd rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması ilə bağlı OECD-nin ölkələr arasında konsensusa nail olmaq yönündə iş aparması və bu məsələlərə dair yekun sənədin 2020-ci ilədək əldə oluması nəzərə alınmaqla hazırlanıb.

BIAC üzvlərinin mövqeyinə görə, beynəlxalq səviyyədə aparılan vergi islahatları bu prinsipləri əhatə etməlidir:

  • beynəlxalq vergitutmada mövcud olan və əsaslandırılmış təməl prinsiplərə əsaslanmaq;
  • rəqəmsal iqtisadiyyatı məhdudlaşdırmamaq;
  • vergi sisteminin Ottava prinsiplərinə riayət etmək;
  • qiymətin hazırlanma konsepsiyasını əsaslandırmaq;
  • ikiqat vergitutmaya yol verməmək;
  • islahatları əhatəli paket formasında təqdim etmək;
  • islahatları tipik müqavilə və şərhlərdə əks etdirmək;
  • vergi ödəyiciləri və vergi orqanları üçün vergi müəyyənliyini, o cümlədən mübahisələrin etibarlı mexanizmlərini təmin etmək;
  • vergi ödəyiciləri və vergi orqanları üçün inzibati yükü minimum səviyyəyə endirmək;
  • islahatları bütün iştirakçılar və maraqlı tərəflərlə birlikdə hərtərəfli məsləhətləşmələrə əsasən hazırlamaq.