BİZNES

Sahibkar küçə ticarəti ilə məşğul olan şəxsdən, aldığı malı necə rəsmiləşdirməlidir?
08 FEVRAL
251

Sahibkar küçə ticarəti ilə məşğul olan şəxsdən, aldığı malı necə rəsmiləşdirməlidir?

2019-02-08 09:34:00

Fins.az sahibkar küçə  ticarəti ilə məşğul olan  şəxsdən,  mal aldıqda, onu  necə rəsmiləşdirməlidir? sualına aydınlıq gətirib.Bu barədə açılama verən iqtisadçı-ekpert Rauf Qarayev bildirib ki, fiziki və hüquqi şəxs küçə ticarəti ilə məşğul olan və vergi uçotunda (VÖEN-i olmayan) şəxsdən mal aldıqda Azərbaycan Respublikası  Maliyyə Nazirliyinin Kollegiyasının “30” iyun 2017-ci il tarixli Q-08 №li qərarı ilə təsdiq edilmiş,  Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının və 04 aprel 2016-cı il tarixli Q-09 №li qərarına 58 nömrəli əlavə olunmuş № MAA-1 “Malların alış aktı”nın forması əsasından istifadə etməklə rəsmiləşdirilir. Bu forma ciddi hesabat blankı hesab olunur.

Ciddi hesabat blanklarının sifarişçisi hüquqi şəxs olduqda onun adı və VÖEN-İ, fiziki şəxs olduqda adı, soyadı adı atasının adı və VÖEN-i başqlıqda qeyd olunur. Mal alışının çap edilən mətbəə tərəfindən alış aktının seriyası, nömrəsi qeyd olunur. Sonrakı hissədə alış aktının tərtib olunma tarixi,  satıcının soyadı, adı və atasının adı, şəxsiyyət vəsiqəsinin  seriya və nömrəsi, FİN kodu qeyd olunur. Alıcının vəzifəsi, soyadı, adı, atasının adı qeyd olunur.

Cədvəl hissəsində, sıra sayı, malların adı, ölçü vahidi, miqdarı, vahidin manatla qiyməti, məbləği, əgər hansı qeyd varsa sair qeyd qrafasında bu yazılır.Sonda yekun məbləğ həmı rəqəmlə həm də  yazı ilə qeyd olunur. Cədvəlin yekun hissəsində  təhvil verənin yəni satıcının soyadı, adı, atasının adı imzası və malı təhvil verdiyi tarix. Aşağı hissədə isə təhvil alanın yəni alıcının soyadı, adı, atasının adı imzası və təhvil alma tarixi.  

Belə blanklarının çapını, Maliyyə Nazirliyinin lisenziyasının almış xüsusi mətbəələr həyata keçirilir. Bunun üçün bu linkə daxil olub, həmin mətbəələrin siyahısı ilə tanış ola bilərlər. http://www.maliyye.gov.az/static/131/metbeelerin-siyahisi

Bununla yanaşı, malların dəyərini ödəyən vergi ödəyicisi tərəfindən ödənilmiş məbləğlər və ödənişi alan şəxs haqqında alış aktında qeyd olunmalı məlumatlar vergi orqanına təqdim edilməlidir.

Müəllif: Aynur Qəniyeva 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259