BİZNES

Sərxoş halda vergi pozuntusu - FİNS
07 FEVRAL
138

Sərxoş halda vergi pozuntusu - FİNS

2019-02-07 09:47:00

Fins.az sərxoş halda vergi cinayəti edən vergi ödəyicisinin cinayət məsuliyyətinə cəlb olunub -olunmamasına aydınlıq gətirib . Bu barədə açıqlama verən iqtisadçı -ekspert Rauf Qarayev bildirib ki, "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin  23 maddəsinə əsasən, səbəbindən asılı olmayaraq (alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə nəticəsində) sərxoş halda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad olunmur.Vergi Məcəlləsinin 21 maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir.

Müəllif: Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9187
  • ₽ RUB
    0.0255