BİZNES

Tender üzrə qalibin müəyyən olunması necə həyata keçiriləcək?-FİNS
05 FEVRAL
386

Tender üzrə qalibin müəyyən olunması necə həyata keçiriləcək?-FİNS

2019-02-05 12:22:00

Fins.az-ın məlumatına görə, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Dövlət Satınalmaları sahəsində aparılan islahatlar barədə "İqtisadi İslahat İcmalı"nda açıqlama verilib. Məlumatda bildirilir ki, Vahid internet portalı təklifləri qiymət ardıcıllığına uyğun olaraq avtomatik müəyyən edir və qərar qəbul edilməsi üçün elektron qaydada tender komissiyasına göndərir; Tender komissiyası 1 (bir) bank günü ərzində qərar qəbul edir və qərarı həmin gün vahid internet portalında yerləşdirir; Satınalma müqaviləsi tenderin qalibi ilə vahid internet portalı vasitəsilə elektron qaydada bağlanır. məlumatda həmçinin bildirlir ki, Malgöndərənlərin şikayətlərinə baxılma Satınalan təşkilata və satınalma üzrə dövlət siyasətini həyata keçirən dövlət orqanına malgöndərənlər tərəfindən edilən şikayətlərə 10 bank günümüddətində baxılır; Qərar 1 bank günü keçənədək vahid internet portalı vasitəsilə təqdim olunur

Müxtəlif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır