BİZNES

Xidməti müqavilə necə rəsmiləşdirilir?
04 FEVRAL
216

Xidməti müqavilə necə rəsmiləşdirilir?

2019-02-04 17:52:00
Fins.az xidməti müqavilənin rəsmiləşdirmə qaydasını təqdim edir. Bu barədə fikirlərini bölüşən iqtisadçı-ekspert Rauf Qarayev  bildirib ki, "Vergi Məcəlləsinin 218.5.10. maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. 
Rəsmiləşdirmə qaydası isə, əmək müqaviləsi kimi yəni iş rejiminin təyin edilməsi formasında misal üçün gündəlik 5 gün müddətində səhər saat 9:00 – 18:00-kimi ola bilməz. Vergi Məcəlləsinin 58.10. maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 
Yalnız xidməti müqavilə hər hansı bir iş üçün rəsmiləşdirilməlidir. Misal üçün mühasibatlıq xidməti göstərən şəxs ayda 2 dəfə gəlib, təşkilatın mühasibat sənədlərini yoxlayır. 
Misal – 1. Vergi uçotunda olan şəxs yəni elektrik əhaliyə (vergi uçotunda olmayan şəxsə) xidməti müqavilə əsasında, xidmət göstərir. Evin elektrik işini görür, nəticədə müqaviləyə əsasən 800 manat gəlir əldə edir. Belə olan halda 800*2% = 16 manat vergi ödəməlidir və xidməti müqavilə işlədiyi şəxsə qəbz verməlidir. 
Vergi uçotunda olan fərdi sahibkar, digər vergi ödəyicilərinə xidmət göstərdiyini nəzərə alaraq, gəlir vergisi ödəyicisi kimi xərclər çıxılmaqla 20 % vergi ödəməlidir. 1 yanvar 2019-cu ildən mikro sahibkarlıq subyektlərinin gəlirlərinin Vergi Məcəlləsinin 102.1.30 maddəsinə əsasən 75 faizi gəlir vergisindən azaddır" 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9187
  • ₽ RUB
    0.0255