BİZNES

Fevral ayında vergi orqanına hansı bəyannamələr verilməli, hansı vergilər ödənilməlidir?-FİNS
04 FEVRAL
279

Fevral ayında vergi orqanına hansı bəyannamələr verilməli, hansı vergilər ödənilməlidir?-FİNS

2019-02-04 10:04:00

Fins.az-ın məlumatına görə, 2019-cu ilin fevral ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, ödənilməli vergilər və sığorta haqları aşağıdakılardır.

2019-cu ilin fevral ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi 2019-cu ilin fevral ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2019-cu ilin yanvar ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi 2019-cu ilin fevral ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – 2020-ci ilin yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2019-cu ilin 1-ci rübü üzrə bəyannaməni 2019-cu ilin aprel ayının 22-dən gec olmayaraq təqdim edirlər).
  • Xüsusi notariusların 2019-cu ilin yanvar ayı üzrə hesabladığı gəlir vergisi 2019-cu ilin fevral ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2019-cu ilin 1-ci rübü üzrə bəyannamə car ilin aprel ayının 22-dən gec olmayaraq təqdim edilməlidir).
  • Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2019-cu ilin yanvar ayı üzrə hesablanmış sığorta haqları 2019-cu ilin fevral ayının 15-dən gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.

 

Əmlak vergisinin ödəyiciləri olan müəssisələr tərəfindən

  • 2019-cu ilin 1-ci rübü üzrə hesablanmış əmlak vergisinin cari ödəmələri fevral ayının 15-dəngec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

 

Qeyd: 20.04.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin son müddəti 22.04.2019-cu il tarixə keçirilmişdir.

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır