BİZNES

Anar Məmmədov: "2019-cu ilin sonunda danışmağa daha çox sözümüz olacaq"
28 YANVAR
2692

Anar Məmmədov: "2019-cu ilin sonunda danışmağa daha çox sözümüz olacaq"

2019-01-28 09:49:00

Azərbaycanda müxtəlif dövlət qurumları, böyük şirkətlərlə birgə irihəcmli layihələr həyata keçirən Prospect ERP-nin nümayəndəsi Anar Məmmədov  şirkətin fəaliyyət prinsipləri, ölkədə milli iqtisadi imkanların inkşafına verdiyi tövhələr barədə Fins.az-a müsahibə verib. 

Prospect şirkəti Azərbaycan bazarına nələr verir?

 15 ildir ki, Azərbaycan bazarında fəaliyyət göstərən Prospect ERP şirkəti olaraq əsas məqsədimiz hazırladığımız proqram təminatları vasitəsilə ölkə iqtisadiyyatının və sahibkarlığın inkişafına dəstək olmaqdır. Yeni ideyalarımızı aktual texnologiya ilə birləşdirərək bu sahədə təcrübə və bacarıqlarımızı sahibkarlar üçün daha dəyərli layihələrə çevirmək, ölkəmizdə bir yenilik olan yaratdığımız qabaqcıl, davamlı və keyfiyyətli həlləri inkişaf etdirmək istəyirik. Bu məqsədimizə çatmaq üçün öz sahəsində peşəkar kadrlarla birgə texnologiyada baş verən yenilikləri beynəlxalq keyfiyyət standartlarına uyğun təqib və tətbiq etməklə Çağrı Mərkəzinin, İnsan Resurslarının, Müştəri  Münasibətlərinin, Sənəd Dövriyyəsi sisteminin, Layihə və Tapşırıqların, İmtahan və Attestasiya sistemlərinin və s. biznes sahələrinin idarəedilməsini avtomatlaşdımağa nail olmuşuq.

2003-cü ildən 100-dən çox iri İT layihələr həyata keçirmiş, sərmayə geri dönüşüylə (ROİ) müştərilərimizi razı salan, biznesdə olan problemləri doğru yerdən həll edən, istifadəsi rahat və çoxfunksiyalı ERP məhsullar yaratmış və bir sıra yeniliklər etməyə nail olmuşuq. Bunun nəticəsidir ki, hal-hazırda 400-ə yaxın müəssisə öz daxili idarəetmə sistemlərini bizə etibar edib və bu say durmadan artır.

Şirkət ötən ildə əsasən hansı böyük uğurları qazanmışdır?

2018-ci il ölkə bazarında mövqelərimiz daha da möhkəmləndi. Bu il ərzində ən böyük layihəmiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  xüsusi diqqətində olan  Abşeron Logistika Mərkəzində həyata keçirildi. Adı çəkilən qurumun Sənəd Dövriyyəsi, İnsan ResurslarınınÇağrı Mərkəzinin idarəedilməsi kimi önəmli fəaliyyətlərinin  fasiləsiz və optimal işləməsi üçün ERP həllərimiz müvəffəqiyyətlə tətbiq olunaraq istifadəyə verildi.

Hələ 2012-ci ildə Naxçıvan MR-nın Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının İmtahan prosesləri və Reyestr xidməti tərəfimizdən tam avtomatlaşdırılıb və müvəffəqiyyətlə tətbiq olunmuşdu. Ötən il adı çəkilən qurumun ehtiyaclarına uyğun olaraq mövcud Dövlət qulluqçularının İmtahan, Attestasiya və Reyestr xidmətinin sisteminə yeni - namizədlərin “Şəxsi kabineti” və “Online Müraciət portalı” modulu əlavə edildi.

Artıq dövlət qulluğuna qəbul üçün tələb olunan sənədlər namizədlər tərəfindən online portal üzərindən təqdim edilir. Həmçinin namizədlər müraciətlərinin nəticəsini şəxsi kabinetlər vasitəsilə izləyə və dəvət bildirişlərini ala bilirlər. Dövlət qulluğuna qəbul sənədlərini yoxlayan şəxslər isə sənədləri incələdikdən sonra aidiyyəti namizədlərə təsdiq və imtahana dəvət məktublarını həm şəxsi kabinet, həm də e-poçt vasitəsi ilə ünvanlaya bilirlər.

İmtahanı uğurla başa vurmuş namizədlərə sistem administratorları tərəfindən II mərhələdə iştirak üçün sənədlərin təqdim edilməsi və müsahibəyə dəvət məktubu göndərilir. II mərhələdən uğurla keçmiş namizədlər müvafiq məlumatlandırıcı bildirişi alır və reyestr xidmətinin sistemində qeydiyyatdan keçirilirlər.

Onu da qeyd edək ki, Naxçıvan MR-nın Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasında artıq 3 sistemimiz - Müraciət, İmtahan, Qeydiyyat və Attestasiya proseslərini avtomatlaşdıraraq inteqrasiya edilmiş şəkildə çalışır.

İmtahan və attestasiya proseslərinin avtomatlaşdırılması sistemi ölkəmizin öncül banklarından Unibankda da tətbiq edilib və bir neçə həftə ərzində istifadəyə veriləcəyi gözlənilir.

Paşa Sığorta Qida Təhlükəsizliyi Agentliyində isə uzun illərdir ölkənin 90% müəssisə və təşkilatlarında müvəffəqiyyətlə tətbiq olunan Çağrı Mərkəzlərinin idarəolunması həlli artıq istifadədədir.

Ötən ilin uğurlu layihələrindən biri də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 902 qaynar xəttinin yenilənib istifadəyə verilməsi oldu. Çağrı Mərkəzlərinin idarəolunması həlli Esperesso Club Mərkəzi Gömrük Hospitalında da istifadəyə verilib, Paşa Travel-da isə tətbiqi işləri  aparılır.

2018-ci il ərzində Elektron Sənəd dövriyyəsi sistemimiz üzərində həm interfeys, həm də imkanlar baxımından apardığımız yenilənmə işləri də böyük marağa səbəb oldu. Sistemin yeni versiyası ANAMA Təmiz Şəhər-də tətbiq olunaraq istifadəyə verildi, Azərkosmos-la isə müqavilə imzalanıb və bu ildən tətbiqi nəzərdə tutulur. Müasir dövrümüzün tələbi olan İnsan Resurslarının İdarəedilməsi həllimiz də ötən il daha çoxsaylı əməkdaşı olan böyük qurumlardan biri Veysəloğlu Şirkətlər Qrupunda tətbiq olundu. Eyni zamanda məhsulun Azərkosmos, Bakı Şəhər Əməliyyat Halqası Şirkəti, Rabitəbank-da tətbiqi proseslərinə başlanıldı.Bizim Market şəbəkəsində isə digər unikal həllərimiz  Tapşırıq və Layihələrin İdarəetmə sistemi və Görüşlərin İnteraktiv Təşkili və İdarəetmə sistemi tətbiq olundu. Bütün bunlarla bərabər Kiçik və Orta Bizneslərin ehtiyacı üçün nəzərdə tutduğumuz kompleks ERP həllər sistemi olan Prospect SMB layihəmizin də fəaliyyətinə start verdik. Qısa müddətdə mindən artıq istifadəçi qazanan sistemin pulsuz olan “Office” paketi kifayət qədər funksional olsa da, əksər sahibkarlar daha çoxfunksiyalı olan digər “Office plus” və “Company” paketlərinin də istifadəçisinə çevrildilər. Qeyd edildiyi kimi böyük marağa səbəb olan sistem üzərində yenilənmə işlərimiz hər bir sahibkarın fərdi biznes ehtiyaclarını nəzərə alaraq  davam edir.Bu ötən ildə qazandığımız uğurlu əməkdaşlıqlar və yeni layihələrimizin bir hissəsidir. 2018-ci ildə həmçinin daha böyük və yeni layihələr üzərində işləməyə başlamışıq ki, növbəti 2019-cu il ərzində həmin layihələrin ictimaiyyətə təqdimatını planlaşdırırıq. Əminik ki, 2019-cu ilin sonunda danışmağa daha çox sözümüz olacaq.

1 il ərzində bu qədər iş görə biməyin sirri nədir?

Əlbəttə ki, 1 il ərzində naliyyətlərinin çoxluğu şirkətdə məhz 2 nüansın: müştərilərin inamı və dinamik, fasiləsiz özünü inkişaf etdirən komandanın olması ilə bağlıdır. Bunların hər ikisi də bərabər gücdə olan amillərdir və obrazlı şəkildə desək "biri digərini tamamlayır".

15 il ərzində biz bazarda yerli ERP məhsul baxımından etibar mənbəyi olmuşuq. Eyni şirkətlərin digər ehtiyacları üçün bizə müraciət etməsi də məhz güvəndən xəbər verir.  Təbii ki, ölkənin dövlət qurumları, müəssisə və təşkilatları və hətta ən böyük şirkət və holdinqləri idarəetmə həllərini Prosect ERP məhsullarına etibar edirsə, artıq digər sahibkarlar da sorğusuz bizə müraciət edirlər.

Prospect ERP-nin gələcəyə dair planları hansılardır?

Bilirsiniz ki, Prospect ERP 15 ildir sırf yerli bazarın ehtiyacı üçün çalışır. Biz ölkə daxilində necə deyərlər "bişmişik". Hazırda mövcud məhsullarımızın müasir standartlara cavab verməsi üçün yenilənmə işləri və sahibkarların ehtiyaclarına uyğun digər ERP həlllərin yaradılması üzərində çalışırıq.

Gələcək planlarımızın başında isə "Made in Azerbaijan" brendi altında dünyaya tanınmaq dayanır. Bir müddət regionda IT həllər bazarının lideri kimi xarici mütəxəssislər tanınsa da milli məhsulun daha ucuz, əlçatan və həm də daha keyfiyyətli olmasını ölkə sahibkarlığına verdiyimiz töhvələrlə sübut etdik. Növbəti planlarımız bunu dünya bazarında təsdiqləməkdir!

 Müəllif:Aynur Qəniyeva

 

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259