BİZNES

Şirəli Ələkbərov: "Müştəriləri məmnun etmək üçün ən az xəta ilə çalışmaq lazımdır"
22 YANVAR
607

Şirəli Ələkbərov: "Müştəriləri məmnun etmək üçün ən az xəta ilə çalışmaq lazımdır"

2019-01-22 10:08:00
Fins.az Azərbaycan bazarı üçün yenilik olan biznes sahələrindən biri reklam şirkətinin təsis edilib idarə olunması ilə bağlı ətraflı  məlumat vermək məqsədi ilə Azərbaycan bazarında uğur qazanmış "360marcom" reklam şirkətinin rəhbəri Şirəli Əkbərovdan müsahibə alıb.
 
Reklam sahəsində biznes qurmağın hansı üstünlükləri var?
Hər bir firma öz məhsul və xidmətlərini istehlakçılara çatdırmalıdır. Bunun üçün firmalar peşəkar marketing və reklam şirkətləri ilə çalışdıqda biznesləri daha uğurlu olur. 
Ona görə ki, günümüzdə reklam çoxşaxəlidir və bir çox fərqli məcranı əhatə etməkdədir. Rəqabət mühiti ağırlaşdıqca firmalar da peşəkar agentliklərlə çalışmağa üstünlük verməkdədirlər. Bu nöqtədə biznes olaraq işini doğru görən reklam agentliklərinin bazar payı əldə etmə və fəaliyyətlərini genişləndirmə üstünlükləri var. Ayrıca reklam fəaliyyəti intelektual bir biznesdir, hər zaman inkişaf etməlisənki müştərilərini də inkişafa doğru götürə biləsən.
 
Azərbaycan üçün yeni hesab edilən bu sahədə uzunmüddətli fəaliyyət üçün şirkət əsas hansı keyfiyyətlərə malik olmalıdır?
Profesionallıq, İş təcrübəsi, obyektiblik və komanda.
 
Reklam biznesini gəlirli sahə hesab etmək olar?
Əslində reklam biznesi ağır bir biznesdir. Müştərilərə profesionel xidmət verəbilmək üçün şirkət daima inkişafda olmalı, yenilikləri tətbiq etməli, komandasını inkişaf etdirməli və motivasyasını qorumalıdır. Eyni zamanda müştəriləri məmun etmək üçün ən az xəta ilə çalışmaq lazımdır. Bütün bunlar isə ciddi maliyətlərdir. Unutmamaq lazımdırki reklamın məqsəd müştərinin bazar payı və kar əldə etməsini təmin etməkdir. Əgər reklam firması müştərisinə pul qazandırabilirsə reklam firmasıda karlı hala gələcəkdir.
 
Bu sahədə yeni başlayanlara yaxud reklam şirkəti qurmaq istəyənlərə hansı məsləhətlər verərdiniz?
Reklamçılıq günümüzdə yaradıcı çalışmalardan . çap məhsullarına, digital reklamlardan çöl reklamlarınadək çox geniş və fərqli sahələri əhatə etməkdədir. bütün bunların hər birini icra edəbilmək  üçün fərqli profesionallıqlara ehtiyac var. Nəticədə reklam biznesi bir xidmət işidir və öncəliik müştəri məmnuniyyətidir. Bunu təmin edəcək bilgi və təcürbəyə sahib bir komanda ilə yola çıxmaq lazımdır. 
Müəllif:Aynur Qəniyeva 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259