BİZNES

Azexport-a nə qədər ixrac sifarişləri daxil olub?
14 YANVAR
254

Azexport-a nə qədər ixrac sifarişləri daxil olub?

2019-01-14 13:04:00

Fins.az-ın məlumatına görə, 2018-ci ilin yanvar-noyabr aylarına Azexport.az portalına 479 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olmuşdur. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-noyabr aylarında Azexport.az portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 8 faiz artmışdır. Cari ilin noyabr ayı ərzində isə Azexport.az portalına daxil olan sifarişlərin dəyəri 46 milyon ABŞ dolları təşkil etmişdir. 2018-ci ilin 11 ayında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya (17,4%), ABŞ (8,5%), Türkiyə (5,5%), Ukrayna (4,4%) və Hindistan (4,4%) qərarlaşmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027