BİZNES

Azərbaycan 10 ayda Qazaxıstandan 3 mln. dollarlıq düyü alıb
14 YANVAR
131

Azərbaycan 10 ayda Qazaxıstandan 3 mln. dollarlıq düyü alıb

2019-01-14 12:22:00

Azərbaycan 2018-ci ilin yanvar-oktyabr aylarında Qazaxıstandan ümumi dəyəri 2,9 mln. ABŞ dolları olan 6,4 min ton düyü tədarük edib. Fins.az-ın məlumatına görə, Report bu barədə qazax mətbuatına istinadən xəbər verir. Məlumata görə, 10 ay ərzində Qazaxıstan ümumi dəyəri 18,7 mln. dollar olan 68,7 min ton düyü ixrac edib. 2017-ci ilin eyni dövrü ilə müqayisədə düyünün ixrac həcmı 13,8% azalıb, ondan əldə olunan gəlir isə 12,6% artıb. Qazaxıstandan ən çox düyü alan ölkə Tacikistan olub - 5,7 mln. dollar dəyərində və 25,4 min ton. Hesabat dövründə Rusiya Qazaxıstandan 5,6 mln. dollar dəyərində 23,9 min ton, Ukrayna 2,4 mln. dollar dəyərində 7,2 min ton, Əfqanıstan 442,7 min dollar dəyərində 1,9 min ton, Monqolustan 1 mln. dollar dəyərində 1,8 min ton, Qırğızıstana isə 286 min dollar dəyərində 1,1 min ton, Özbəkistan 210,6 min dollar dəyərində 702 ton, Türkmənistan 40,8 min dollar dəyərində 68 ton, Gürcüstan isə 29,6 min dollar dəyərində 40 ton düyü idxal edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266