BİZNES

Koreyanın iqtisadiyyatımıza yatırdığı investisiyanın həcmi AÇIQLANDI
14 YANVAR
157

Koreyanın iqtisadiyyatımıza yatırdığı investisiyanın həcmi AÇIQLANDI

2019-01-14 11:34:00

Koreya Respublikası tərəfindən Azərbaycan iqtisadiyyatına 180 milyon dollara yaxın, Azərbaycan tərəfindən isə bu ölkəyə 474 milyon dollar investisiya yatırılıb. Fins.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir qeyd edib ki, Azərbaycan və Koreya Respublikası arasında müqavilə-hüquq bazası yaradılıb, indiyədək ölkələrimiz arasında 57 sənəd imzalanıb. Azərbaycanda 74 Koreya şirkəti qeydiyyatdan keçib, həmin şirkətlər dövlət əsaslı layihələrdə podratçı qismində də iştirak edirlər. Ş.Mustafayev iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndiyini, ötən ilin 11 ayında ticarət dövriyyəsinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artdığını diqqətə çatdırıb.

© AZƏRTAC 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263