BİZNES

Satdıqları mala görə cərimələndilər
12 YANVAR
431

Satdıqları mala görə cərimələndilər

2019-01-12 19:49:00

Fins.az-ın məlumatına görə yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində daxil işlər orqanları tərəfindən tədbirlər davam etdirilir. Növbəti belə tədbir Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Aparılan müşahidələr zamanı rayon ərazisində azyaşlılara tütün məmulatı satan bir neçə mağaza və köşk aşkar edilib. Faktlarla bağlı həmin obyektlərin sahibləri , rayon sakinləri – Əfqan Cəfərov, Elvin Əhmədov, Nizami Osmanov, Teymur Müzəffərov, Əfiqə Vəliyeva, Samir Qaffarov və Yunis Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2 –ci maddəsi ( Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub və onlar qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8947
  • ₽ RUB
    0.0269