BİZNES

Mahmud Məmməd-Quliyev: Azərbaycan ÜTT ilə ikitərəfli danışıqlara keçib
12 YANVAR
375

Mahmud Məmməd-Quliyev: Azərbaycan ÜTT ilə ikitərəfli danışıqlara keçib

2019-01-12 19:06:00

Fins.az-ın məlumatına görə, Ümumdünya Ticarət Təşkilatının katibliyinin təklifi ilə Azərbaycan hazırda bu təşkilata daxil olmaqla bağlı ikitərəfli əsasda danışıqlar aparır.Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin sözlərinə görə bu günədək Azərbaycan nümayəndə heyətinin ÜTT işçi qrupu ilə görüşləri həm üzv ölkələrlə ikitərəfli danışıqlarla, həm də kənd təsərrüfatı üzrə çoxtərəfli danışıqlarla müşayiət olunub: "2018-ci ilin dekabrında keçirilmiş görüş zamanı isə Yaponiya, Braziliya, Norveç və digər ölkələrlə yalnız ikitərəfli danışıqlar aparıb. Danışıqlar ilk növbədə mal və xidmət bazarlarına qarşılıqlı girişin təmin olunmasına məsələsinə həsr olunub". O bildirib ki, danışıqların növbəti mərhələsinin keçirilmə vaxtı yeni təkliflərin hazırlanması müddətindən asılıdır. Eyni zamanda o, bu il hər hansı bir ölkə ilə danışıqların keçiriləcəyini də istisna etməyib. Xatırladaq ki, Azərbaycan ÜTT üzv ölkələri ilə danışıqlara 2004-cü ildə başlayıb. Hazırda 13 ölkə ilə danışıqlar davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8947
  • ₽ RUB
    0.0269