BİZNES

Azərbaycanda inflyasiyanın miqdarı açıqlanıb
11 YANVAR
156

Azərbaycanda inflyasiyanın miqdarı açıqlanıb

2019-01-11 16:59:00

Fins.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsinin yayımladığı məlumatlarda bildirib ki, 2018-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilə nisbətən 2,3%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,7%, qeyri-ərzaq mallarının qiymətləri 2,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,7% artıb. Ayrıca ötən ilin dekabr ayında isə noyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,7%, qeyri-ərzaq mallarının qiymətləri 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% bahalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9398
  • ₽ RUB
    0.0254