BİZNES

Qolf oynamağı, üzməyi, yoqanı və fransız dilini öyrədən yeganə yerli uşaq bağçası
11 YANVAR
446

Qolf oynamağı, üzməyi, yoqanı və fransız dilini öyrədən yeganə yerli uşaq bağçası

2019-01-11 16:35:00

Paytaxtda fəaliyyət göstərən özəl uşaq bağçalarında balacaların keyfiyyətli təlim-tərbiyəsi, istirahəti və yeni biliklər əldə etməsi üçün yartmağa çalışırlar. Bağçada balacalar üçün nəzərədə tutulan yeni təlim metodları, yeni profilli dərnəklər, müxtəlif istiqamətli xidmətlər bağçaların  üstünlüklərinin əsas göstəriciləridir. Ancaq çox təəssüf ki, Bakıdakı özəl bağçaların çoxu müasir tələblərə cavab vermir və uşaqlar həmin bağçalara getmək istəmirlər. Fins.az sizə Bakıda “yaxşıların yaxşısı“adlandırılacaq qədər mükəmməl “Cahan” uşaq bağçasını təqdim edir.

Hər bir uşaq əziz və dəyərlidir

Hər bir valideyni özünün əzizlədiyi, göz bəbəyi kimi qoruduğu  övladını etibar etdiyi bağçanın ümumi şəraiti ,oradakı tərbiyəçilər, müəllimlər, qidalanma şəraiti və rejimi , gigiyenik normalara əməl olunması çox maraqlandırır. Bakıda Nərimanov rayonu Koroğlu Rəhimov küç.22 (Bakı şəhəri Yasamal ray. Dadaş Bünyadzadə 232E ;  Bakı şəh. Binəqədi ray. S.məmmədova küç(Nəsimi m.)) ünvanında fəaliyyət göstərən “Cahan”uşaq bağçasında uşaqlara fərdi yanaşılaraq, onun intelektual, əqli və fiziki inkşafı üçün hər cür şərait yaradılıb. Təlim-tərbiyə prosesində müasir və düzgün tərbiyə metodları tətbiq edilərək balacaların hər birinin fərdi və kollektiv mühitdə formalaşması təmin edilir. Bağçada uşaqlara doğma Azərbaycan dili ilə yanaşı ingilis və fransız dilində də danışıq və yazı bacarıqları öyrədilir. Yüksək səviyyəli təhlükəsizlik xidməti, daimi həkim nəzarəti, geniş və işıqlı təmiz havası olan otaqlar, müasir oyun meydançaları “Cahan”uşaq bağçası-nı hər bir uşağa sevdirir.

Uşaqlar öyrənərkən bezmir

Müasir tədris metodlarının tətbiqi bağçada təhsil alan hər bir uşağın yorucu və bezdirici  formada deyil əyləncəli və rahat onun özünün xoşuna gələn formada yeni biliklər öyrənməsinə şərait yaradır. Bağçanın xüsusi avtobusu ilə hər gün bağçaya gətirilən uşaqlara,  həmçinin musiqi, şahmat, etika, rəqs, üzgüçülük də öyrədilir. Açıq havada müəyyən məşğələlərin keçilməsi, bundan başqa , “ Cahan” tədris mərkəzində uşaqlar üçün müxtəlif dərnəkər fəliyyət göstərir. Bu dərnəklərə rəsm, mental aritmetika, suda müalicəvi gimnastika, uşaq teatrı, moda dizaynı, gimnastika, robotiks, proqramlaşdırma və s. daxildir. Dərnəklərlə yanaşı “Cahan” uşaq bağçasıda 5-6 yaş uşaqlar üçün nəzərdə tutulmuş məktəbəqədər hazırlıq proqramı da ayrıca təqdim edilir.  Bağçada xüsusi uşaq psixoloqlarının vasitəsi ilə  hər bir uşağa individual tədris metodu seçilməsi uşağın özünü daha gözəl şəkildə ifadə etməsini stimullaşdırır.

“Cahan”-ı üstün edən nədir?

Bağçada qolf meydançası və üzgüçülük hovuzunun olması, uşaqlar üçün yoqa təlimini keçirilməsi “Cahan” uşaq bağçasını Bakının digər bağçalarından fərqləndirir. Bununla yanaşı valideynlər təcili işi çıxanda yaxud uşağa ayırmaq üçün vaxtı olmayanda və digər bu kimi hallarda bir neçə saat, bir gün  yaxud bir neçə gün övladını bağçada tək aylıq yox gündəlik də saxlada bilərlər. Daha sonra uşaq üçün masaj xidməti, faceart xidməti də “Cahan” uşaq bağçasının tək bağçaya mütəmadi gələn uşaqlar üçün deyil digər uşaqların da istifadə edə biləcəyi  xidmətlərinə daxildir. Bununla yanaşı “Cahan” uşaq bağçasında təşkil olunan dərnəklərə də bağçaya gəlməyən ayrı-ayrı uşaqlar fərdi və qruplar şəklində yazıla bilər.

 

“Cahan” uşaq bağçasının ünvanı və əlaqə məlumatları:

Bakı şəhəri  Nərimanov ray. Koroğlu Rəhimov küç.22 Tel:(+99455) 781 17 11

Bakı şəhəri Yasamal ray. Dadaş Bünyadzadə 232E  Tel:(+99455) 7 811 711

Bakı şəh. Binəqədi ray.S.məmmədova küç(Nəsimi m.) Tel:(+99470) 2 811 711

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264