BİZNES

İqtisadiyyat Nazirliyinin qadağan etdiyi siqaretlərin satışı hələ də davam edir – Azərbaycanda
11 YANVAR
394

İqtisadiyyat Nazirliyinin qadağan etdiyi siqaretlərin satışı hələ də davam edir – Azərbaycanda

2019-01-11 10:27:00

Siqaret insan sağlamlığı üçün çox zərərli olsa da və siqaretlərlə bağlı çoxsaylı qadağalar olsa da cəmiyyət siqaretdən tam olaraq imtina edə bilmir. Azərbaycan siqaret istehlakçılarının çoxu xarici dövlətlərdə istehsal olunan siqaretləri ölkəmizdə istehsal olunan siqaretlərdən daha keyfiyyətli hesab edirlər. Yerli yaxud xarici siqaretlərin daha keyfiyyətli olması ilə bağlı Fins.az –la fikirlərini bölüşən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, “Siqaretin hamısı pisdir yerli yaxud xarici istehsal olması,hansısa tanınmış markanın istehsalı olması o demək deyil ki, həmin siqaretlər yaxşıdır digərləri pisdir.Siqaretin hamısı zərərlidir siqaret çəkmək  məişət narkomaniyasının bir növudur.Biz daim pisin-pisini axtarıb onun bazardan çıxarılmasına nail olmuşuq.Azad İstehlakçılar Birliyi 20 il ərzində 7 təhlıükəli siqaret istehsal edən müəsisəsnin bağlanmasına nail olmuşuq bu işdə dövlət orqanları bizə daim kömək edib.31 oktyabr 2001-ci ildə Nazirlər Kabineti  filtersiz siqaretlərin  satışını və istehsalını qadağan edən qərar qəbul edib.Filterli də filtersiz də zərərlidir, hətta layt siqaretlər demək olar ki, hamısından zərərlidir.Bununla yanaşı elektron siqaretlər,qəlyanlar hamısı zərərlidir.Siqaret yeganə maldır ki, bütün dünyada birmənalı olaraq insan sağlamlığı üçün ziyanlı və təhlükəli mal kimi qəbul olunur.Siqaret yerli və xarici istehsal olmasından asılı olmayaraq hamısı keyfiyyətsizdir çünki zərərlidir. Ötən ilin may ayından Şəkidə təhlükəli siqaret istehsal olunur. “Karvan”, “Şəki”, “Prima” adları altında istehsal olunan bu siqaretlərin xaricdə ekspertizasını həyata keçirəndən sonra məlum oldu ki,sözügedən siqaretlər çox təhlükəlidir. Belə ki, bu siqaretlərin tərkibində təhlükəli maddələrin həcmi normadan 67% çoxdur.İqtisadiyyat Nazirliyi rəsmi olaraq bu siqaretlərin istehsalının və satışının qadağan olması ilə bağlı qərar verdi.Buna baxmayaraq bu gün də bu siqaretlər Şəki şəhərində istehsal olunur və satılır. Valideynlər biz zəng edib bildiri ki, bu siqaretlər ucuz yəni- 40 qəpik olduğu üçün uşaqlar bu siqaretlərdən alıb çəkirlər,bunun qarşısının alınması üçün tədbirlər görülməsini xahiş edirlər.Bu siqaretlər filtersiz siqaretlər olsa da, Azərbaycanda satışı və istehsalı davam edir.Bu isə yol verilməz hal olmaqla yanaşı, həmin siqaretlər insanların məişət narkomaniyasına düçar olmasına  birbaşa şərait yaradır.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272