BİZNES

Mənfəət vergisi bəyannaməsinin tərtib olunması qaydasından mühüm dəyişiklik
10 YANVAR
113

Mənfəət vergisi bəyannaməsinin tərtib olunması qaydasından mühüm dəyişiklik

2019-01-10 11:57:00

Fins.az-ın "Vergilər" qəzetinə istinadən verdiyi məlumata görə, "Vergi Məcəlləsinə edilmiş dəyişikliklər nəzərə alınmaqla mövcud bəyannamələr, onların əlavələri və tərtib olunması qaydaları da yenilənib. Bu yenilik vergi sahəsində aparılan islahatlardan irəli gələn məsələlərin həlli, güzəşt və azadolmaların uçotunun dəqiq aparılması, vergi nəzarətinin səmərəliliyinin artırılması, təhlil bazasının genişləndirilməsi məqsədi daşıyır. Мənfəət vergisinin bəyannaməsinin tərtib edilməsinin yeni qaydasına əsasən, bəyannamə mənfəət vergisinin ödəyicisi sayılan vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda fəaliyyətləri ilə bağlı göstəricilər əks etdirilməklə tərtib olunmalıdır. Bəyannamədə Vergi Məcəlləsinin 103-cü maddəsinə və “İxrac məqsədli neft-qaz fəaliyyətinə dair xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Qanunun 3.2.1. və 3.2.2.-ci maddələri nəzərə alınmalıdır. Dövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünüidarəetmə orqanları bu bəyannaməni yalnız sahibkarlıq fəaliyyətindən gəlir əldə etdikləri təqdirdə təqdim edirlər.

Vergi ödəyicilərinə bəyannamənin “Qeyd” yerində bəyannamə formasının tərtib edilməsi qaydaları ilə tanış olmaq, eyni zamanda tərtibat zamanı tələb edilən şərtləri nəzərə almaq tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9398
  • ₽ RUB
    0.0254