BİZNES

Sosial şəbəkədə biznes qurmağın üstünlüyü nədir?
09 YANVAR
358

Sosial şəbəkədə biznes qurmağın üstünlüyü nədir?

2019-01-09 17:37:00

Son illərdə öz biznesini sosial mediada quran şəxslərin sayı çoxalıb. Yəqin ki,hər bir sosial şəbəkə istifadəçisi həm istifadəçisi olduğu sosial şəbəkədə  müxtəlif məhsulların satışını həyata keçirən səhifələr,profilərlə qarşılaşır.Biznesin sosial şəbəklərdə quran və uğur qazanan çoxsaylı insanlar  var. Fins.az sosial şəbəkələrdə biznes quran şəxslərlə bağlı araşdırma aparıb. Facebook sosial şəbəkəsində saatların sifarişi və satışı səhifəsində saatları satışını həyata keçirən Aydın adlı şəxsdən bu tip biznesin üstünlükləri və mənfi cəhətləri barədə müsahibəsini təqdim edir.

Nə vaxtdan internetdə satış həyata keçirirsiniz və saatları internetdə satmağın üstünlüyü nədir?

2013-cü ildən etibarən fəaliyyətə başlamışıq. Bizim satış dükanımız da var ancaq internetdən də satış həyata keçiririik. İnsanların mağazaları gəzib öz zövqlərinə uyğun saat tapmağa vaxtları olmadığı üçün internetdən alış-veriş etməyə üstünlük verirlər.İnternetdə bizneslə məşğul olmağın üstünlüyü odur ki, hər-hansı bir müştəri ilə yox,konkret müştəri ilə ünsiyyətdə olub satış həyata keçirilir.

Müştərilərin sayı əvvəllər çox idi ya indi?

Əvvəllər müştərilərimiz daha çox idi.Bu da ondan irəli gəlir ki,indi internetdə alış-veriş həyata keçirənlərin sayı sürətlə artır. Məsələn əvvəllər 10 müştərimiz var idisə indi 4- maksimum 5 müştərimiz olur.

Müştərilərin azalması sizin saatların keyfiyyətinin aşağı olması ilə  bağlıdır?

Xeyr keyfiyyətlə  bağlı deyil, sadəcə olaraq Azərbaycanda sosial şəbəkələrdə satış həyata keçirənlərin sayı çoxalıb.Yəni seçim çoxdur deyə müştərilər də istər-istəməz azalır.2014-cü ildən etibarən bizim ölkədə çox adam internetdə satış həyata keçirməyə üstünlük verdi nəticədə bu sahədə olanların sayı çoxaldı

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272