BİZNES

AZPROMO-nun sahibkarlara müraciəti
08 YANVAR
116

AZPROMO-nun sahibkarlara müraciəti

2019-01-08 17:39:00

Fins.az-ın məlumatına görə, bu ilin noyabrında Qazaxıstanın Almatı şəhərində 5 sərgi keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu-AZPROMO-dan bildirib ki, bunlar "XXII Beynəlxalq FoodExpo" (qida sənayesi), "XIV Beynəlxalq Agroworld" (kənd təsərrüfatı), "IV Beynəlxalq ColdChain" (logistika), "XVII Beynəlxalq QazPack" (tara) və "XV Beynəlxalq Horex" (restoran avadanlığı və xidmətləri) sərgiləridir. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları bu sərgilərdə iştirak edə bilərlər. İştirakçılar bu sərgilərdə öz məhsul və ya xidmətlərini təqdim edəcək, müvafiq sahələr üzrə mütəxəssislərlə birbaşa təmas quracaq və dünyanın müxtəlif ölkələrindən sərgiyə gələn sahibkarlar ilə biznes əlaqələri yarada biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9398
  • ₽ RUB
    0.0254