BİZNES

Məhsulunu Azexport vasitəsi ilə xarici ölkədə satmaq istəyən şəxs nə etməldir?
08 YANVAR
196

Məhsulunu Azexport vasitəsi ilə xarici ölkədə satmaq istəyən şəxs nə etməldir?

2019-01-08 16:58:00

Fins.az-ın məlumatına görə, Azərbaycan iqtisadiyyatının inkşafı üçün xarici bazarlarda Azərbaycan istehsalı olan məhsulların satışının həyata keçirlməsi mühüm  rola malikdir. Azərbaycan dövləti sahibkarlara istehsal etdiyi məhsulun xarici bazarlara çıxarılmağına kömək məqsədi ilə uzun müddətdir ki, Azexport portalını təsis edib. Ancaq çox təəssüf ki bir çox sahibkarlar bu portaldan istifadə qaydalarını bilmədiyi üçün istehsal etdikləri məhsulu xarici bazarlara çıxara bilmir.Azexport vasitəsi ilə istehsal etdiyi məhsulu xarici bazarlara çıxarmaq istəyən sahibkarı maraqlandıran bir çox  suallara Azexport-un meneceri Ayxan Qədəşov cavab

Hər hansı sahibkar istehsal etdiyi məhsulu Azexport vasitəsi ilə xarici ölkədə satmaq istəsə nə etməlidir?

 İlk növbədə Azexport portalında qeydiyyatdan keçir VÖEN nömrəsini  qeyd edir.VÖEN nömrəsi ilə qeydiyyatdan keçərək məhsulu yerləşdirir.Məhsul barədə 3 dildə məlumatları bildirir.Bu dillər ingilis,Azərbaycan və rus dilləridir.Beynəlxalq portallar xarici dillərdə olduğu üçün məhsullar haqqında məlumatlar 3 dildə qeyd olunmalıdır.Həmin məlumatlarda məhsulun qiymətini göstərir,fotoşəkillərini əlavə edir.Əsas lazım olan ilkin məlumatlar bunlardır.Bundan başqa əlavə olaraq, məhsulun sertifikatları,medalları ümumiyyətlə məhsul barəsində əlavə detallar varsa o məlumatlar da əlavə edilməlidir.Sonra artıq biz o məhsulları həmin o məlumatlara əsasən  Alibaba,Amazon,Agroserver kimi 15-ə yaxın  böyük platformalara inteqrasiya edirik.Oradan daxil olan sorğular sahibkara yönləndirilir.

Əgər məhsulunu satmaq istəyən sahibkarın VÖEN-i yoxdursa sizə müraciət edə bilər?

Xarici ölkələrdə satış həyata keçirməkm üçün VÖEN mütləq lazımdır.Sahibkar ixracla məşğul olacaqsa mütləq VÖEN –ü olmalıdır

Məhsulunu xaricə ixrac etmək istəyən sahibkar heç bir xarici dil bilmirsə nə etməlidir?

Sahibkar hansı dildə bilirsə ilkin olaraq məlumatları bizə həmin dildə təqdim edir.Biz özümüz o məlumatları tərcümə  edib müvafiq qaydada AZEXPORT-un saytında yerləşdirilir.Bu heç bir ödəniş tələb edilmədən həyata keçirilir.Azerexportda bütün xidmətlər ödənişsizdir.Yalnız ixrac üçün tələb olunan müəyyən sertifikatlar alınan zaman dövlət rüsumları ödənilir.

Azexportun ixrac üçün qəbul etdiyi məhsullarla bağlı hər hansı tələbi var?

Hər bir ölkə üçün müxtəlif beynəlxalq standart mövcuddur. 200də artıq ölkə var hər bir ölkənin özünə məxsusu olan müxtəlif standartları var.Bizim tərəfimizdən əsas məhjsul yerləşdirilən zaman bizə təqdim olunan fotoşəkillərinin keyfiyyətli olmalıdır və məlumatlar dolğun olmalıdır. Bizim tərəfədən əsas tələblər bunlardır.Serifikatları,tələbləri artıq sifarişçi özü tələb edir. Elə ölkə var ki,onların keyfiyyət standartları sərtdir amma elə ölkələr var ki,keyfiyyətlilik şərtləri yumşaqdır.Biz məhsulları vizial olaraq görmədiyimiz üçün biz özümüz məhsullara hər hansı tələb qoya bilmirik.Keyfiyyət tələbini yalnız qarşı tərəf məhsul hara ki, ixrac olunacaq onlar qoya bilərkeyfiyyətsiz məhsul ixrac da olunmaycaq .Ona görə ki, keyfiyyətsiz məhsula sertifikat da verilmir.Sahibkar keyfiyyətli məhsul istehsal etsin və portala keyfiyyətli məhsul yerləşdirsin.

 

 Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264