BİZNES

Qazaxıstandan Azərbaycan sahibkarlarına dəvət
08 YANVAR
169

Qazaxıstandan Azərbaycan sahibkarlarına dəvət

2019-01-08 09:39:00

Bu ilin noyabrında Qazaxıstanın Almatı şəhərində 5 sərgi keçiriləcək. Fins.az xəbər verir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər ki, bunlar "XXII Beynəlxalq FoodExpo" (qida sənayesi), "XIV Beynəlxalq Agroworld" (kənd təsərrüfatı), "IV Beynəlxalq ColdChain" (logistika), "XVII Beynəlxalq QazPack" (tara) və "XV Beynəlxalq Horex" (restoran avadanlığı və xidmətləri) sərgiləridir. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları bu sərgilərdə iştirak edə bilərlər. İştirakçılar bu sərgilərdə öz məhsul və ya xidmətlərini təqdim edəcək, müvafiq sahələr üzrə mütəxəssislərlə birbaşa təmas quracaq və dünyanın müxtəlif ölkələrindən sərgiyə gələn sahibkarlar ilə biznes əlaqələri yarada biləcəklər.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264