BİZNES

Xəyallarınızı gerçəkləşdirən Azərbaycan brendi – İDEA
08 YANVAR
927

Xəyallarınızı gerçəkləşdirən Azərbaycan brendi – İDEA

2019-01-08 12:18:00

Fins.az-ın məlumatına görə,Azərbaycan iqtisadiyyatının inkşafında milli istehsalın xarici bazarlara çıxarılması mühüm rola malikdir.Öz sahəsində yüksək keyfiyyəti ilə tanınan IDEA şirkəti şəhərsalma,ictimai məkanlar üçün xüsusi üslublu memari metal və taxta məhsullar istehsal edir.

Öz sahəsinin keyfiyyət rəmzi

Səmərəli fəaliyyəti ilə ölkə iqtisadiyyatının inkşafına tövhələr verən şirkət  müasir tipli mebellərin istehsalı ilə yanaşı  bağ və park əşyalarının dizayn elementləri,  istehsalı ilə məşğuldur. Şirkətin istehsalı olan məhsulların hər biri ekskluziv dizaynı və praktikliyi ilə seçilir. IDEA-nın istehsal predmetlərinə həmçinin daxili məkanlar üçün də müxtəlif eksklüziv memari forma və konstruksiyaların istehsalı daxildir.

Xəyallardakı qədər mükəmməl dizayn

İDEA-nın istehsal etdiyi məhsulların hər biri özünəməxsusluğu və qeyri adiliyi ilə diqqəti cəlb edir. Xüsusi forma və funksianallığa malik olan İDEA məhsulları istənilən şəxsi öz quruluşu,kefiyyəti və praktikliyi ilə maraqlandırır.Hər hansı interyerdə İDEA-nın istehsalı olan mebeli görən şəxs mebelin istehsalçısı ilə mütləq maraqlanır.Çünki İDEA-nın istehsal etdiyi məhsullar təkrarsız və standart,hamın öyrəşdiyi tipdə deyil.Hər bir sifarişçinin zövqünü oxşayan İDEA məhsulları xəyallardakı qədər möhtəşəm və gözoxşayan quruluşa malikdir.

Nüfuzlu şirkətlərin arzuolunan tərəfdaşı

 Öz sahəsində keyfiyyət rəmzinə çevrilən IDEA-ya ölkənin ən nüfuzlu və böyük şirkətləri etibar edərək,uğurlu əməkdaşlıq əlaqələri qurub. Belə ki, İDEA  indiyəqədərki  fəaliyyəti dövründə, Pasha Construction, ILK Construction, Alberto Pinto Studio, Blue Sky Hospitality, Studio Indigo, Urban Limited, Inshaat Services, Dreamland Golf Club, Hard Rock, Codest, Terrastruc, GO Sport, Huawei, Maserati Azerbaijan, Joint-Stock Company Northern Caucasus Resorts və bir sıra beynəlxalq nüfuzlu şirkətlərlə uğurlu layihələrə imza atıb.  

“Made in Azerbaycan” brendinin mükəmməl təmsilçisi

Tək ölkəmizdə deyil xarici ölkələrdə də müəyyən qədər tanan IDEA, xarici ticarət və Azərbaycanın beynəlxalq ticari  əlaqələrinin inkşafı ilə bağlı da kifayət qədər təcrübəyə malikdir. Müasir texnoloji yeniliklərin istehsal etdiyi məhsullarda uğurla tətbiq edən İDEA xarici əmədaşlığın genişlənməsində xüsusilə maraqlıdır. Belə ki, İDEA-nın primitivlikdən uzaq məhsulları, öz seqmentində çoxşaxəli xidmətlər təqdim etməsi ilə diqqəti cəlb edir. Uğurlu xarici əməkdaşlıq əlaqələri formalaşdırmış şirkət  İrlandiya, Qətər, Rusiya Federasiyası, Qazaxıstan, İran və.s kimi ölkələrdə müxtəlif layihələr reallaşdırıb.Azərbaycan istehsalı olan məhsulların xaricdə tanınması məqsədi ilə bir çox layihələr həyata keçirən İDEA, xidmət həyata keçirdiyi ölkələrdə keyfiyyət və müasirlik rəmzinə çevrilib. Xüsusilə qeyd edilməlidir ki, İDEA-nın bütün məhsulları  "Made in Azerbaijan" brendi altında istehsal olunur.Xarici bazarlarda ölkəmizi uğurla təmsil edən  İDEA,"Made in Azerbaijan" brendinin tanınması sahəsində mühüm təcrübə əldə edib. Qonaq, yataq  mebellərinin istehsalını həyata keçirməyən İDEA-nın bütün məhsulları fabrik istehsalıdır peşəkar mütəxəsislər tərəfindən yığılır.

Üstünlük və əsas fərq

 

İDEA məhsullarının xüsusi özəlliyi istehsal etdiyi məhsullarda  taxta və metalı bir araya gətirməsidir.Şirkət taxta və metalın kombinəsindən heyrətamiz məhsullar ərsəyə gətirir. İDEA-nın bütün məhsulları xüsusi görünüşü və gözoxşayan dizaynı ilə bu sahənin digər istehsalçılarının məhsullarından nəzərəçarpacaq  fərqlə seçilir. Mebellərin istehsalı zamanı  lazım olan bütün aksesuarlar, detallar İDEA-nın öz fabrikində peşəkarlığı ilə seçilən memarlar tərəfindən hazırlanır. Mebel istehsalı ilə bağlı dünyada olan yenilikləri daim izləyən və istehsal etdiyi məhsullarda uğurla tətbiq edir. IDEA-nın müxtəlif məhsullarında dizayn həlli material seçimi və müasirliklə praktikliyin uğurlu sintezi istər-istəməz diqqəti cəlb edir.İDEA xüsusi başqa mebel istehsalçıları kimi üslublu memari metal və taxta məhsulların, müasir bağ, özəl villalar, otellər üçün məhsullar istehsalında da seçilir.İDEA-nın istehsal etdiyi ,məhsulların funksianallığı və xüsusi dizaynı olduğu üçün məhsullar spesifik bir mövsüm tələbatı ilə məhtudlaşmır

Bu gününü əsas məqsədi

Hazırda İDEA-nın əsas məqsədi Azərbaycanla yanaşı xarici bazarlarda da satış həyata keçirməkdir.Şirkətin xarici əlaqələri hər yeni gün artsa da İDEA əməkdaşlıq etdiyi xarici ölkələrin sayını artırmaq üçün müxtəlif layihələr həyata keçirir.Bu gün İDEA-nın əsas fəaliyyət prinsipi, ən yaxşı məhsul tam sonuna qədər profesionallar tərəfindən düşünülmüş, insanın rahatlığını və məhsulun funksionallığı əks etdirməlidir.

 

Satış mərkəzlərindən biri  və həmçinin baş ofisin yerləşdiyi ünvan, Bakı şəhər Ə.Haqverdiyev 48 küçəsində digəri isə şəhərdən kənarda , Novxanı qəsəbəsi Heydər Əliyev 2 ünvanında yerləşir.

Fəaliyyət və məhsullar haqqında daha ətraflı məlumat üçün www.idea.az rəsmi internet səhifəmizi ziyarətetmək mümkündür.

Bütün video materialları  https://vimeo.com/ideabaku kanalından izləmək olar

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9027
  • ₽ RUB
    0.027