BİZNES

Marketə ödənilən məbləğin bir hissəsi vətəndaşa necə qaytarılcaq?
06 YANVAR
2251

Marketə ödənilən məbləğin bir hissəsi vətəndaşa necə qaytarılcaq?

2019-01-06 16:35:00

Fins.az-ın məlumarına görə, Vergi Məcəlləsinə edilən mühüm dəyişikliklərdən biri də ticarət və iaşə obyektlərinə -marketə və ya restorana  ödəniləcək məbləğin ƏDV-sinin bir hissəsi- 10-15%-inin vətəndaşa qaytarılması ilə bağlıdır. Bu dəyişikliklə bağlı vətəndaşları maraqlandıran əsas məsələ çeklər vergi orqanına necə qaytarılcaq və qaytarılan çeklərdə əsas nəyə baxılacaq?. Ticarət və iaşə obyektlərinə -marketə və ya restorana  ödəniləcək məbləğin ƏDV-sinin bir hissəsi- 10-15%-inin vətəndaşa qaytarılması ilə bağlı Vergi Məcəlləsinə edilən dəyişikliyi ətraflı şəkildə FİNS.AZ-a izah edən iqtisadçı-ekspert Rauf Qarayev bildirib ki, "Çeklərin qaytarılma prosesi mürəkkəb bir prosesə çevrilib. Bunun aprel ayında mümkün olacaq. Amma vətəndaşları narahat edən odur ki, çeklərdə olan yazı 1 aydan sonra silinir. Bəs bu hala münasibət necə olacaq? Qeyd edim ki, Azərbaycanda verilən çeklər Vergilər Nazirliyinin 50.8 maddəsinin tələblərinə cavab vermir.  Bunun da səbəbi  Quick Response Code yəni  malın sürətli məlumat kodu ilə bağlıdır. Bu kod çeklərdə qeyd olunmur. Məsələnin aradan qaldırmaq üçün yeni müasir tipli kassa aparatlarına ehtiyac var. Birinci bu kassa aparatları mağazalarda quraşdırılmalıdır. Qanunvericilikdə bununla bağlı  təstiq var. Sonra müəyyən hissəsi pozulmuş çeklərlə bağlı qeyd olunan məsələ  aradan qaldırılacaq. Bu kassa aparatları həm də onlayn rejimdə işləyir. Yəni satıcı malı kassaya daxil etdikdə, vergi orqanı bilir ki, nə qədər mal satılıb. Artıq nəyisə sübüt etməyə də ehtiyac qalmır. Bundan əlavə  vergi uçotuna alınan hər bir vergi ödəyicisinə şəxsi hesab vərəqəsi proqram təminatı vasitəsi ilə yaradılır. Şəxsi hesab vərəqəsində olan məlumatlar Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin  müxtəlif altsistemləri vasitəsi ilə əks olunur. Bu Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun aparılması  qaydasında öz əksini tapıb.Bu qayda Azərbaycan Respublikası Vergilər nazirinin 28 dekabr 2018-ci il tarixli 1817040101501600 nömrəli  Əmri ilə təsdiq edilmişdir.  Maliyyə Nazirliyi Vergilər Nazirliyinə pul ayırmalıdır, çünki ƏDV  və sadələşmiş vergi  Dövlət Xəzinədarlıq Agentliyinin hesabına köçür. Əgər Vergilər Nazirliyinin hesabına köçürülsəydi fonda yığılmış vəsait hesabını bunu həll etmək olardı. Bunlara əsasən Vergilər Nazirliyinin aprel ayına kimi əhalidən, əllərində çeklərin saxlanması zəruri hal kimi qeyd edilib"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271