BİZNES

İnkişaf etmiş ölkələrdə iqtisadi qanunlar necə dəyişdirilir ?
06 YANVAR
172

İnkişaf etmiş ölkələrdə iqtisadi qanunlar necə dəyişdirilir ?

2019-01-06 16:07:00

Fins.az inkşaf etmiş ölkələrdə iqtisadi qanunların dəyişilmə mexanizmləri və bu dəyişikliyin hansı prinsiplərlə həyata keçirilməsi ilə bağlı araşdırma aparıb.Məlumdur ki, dünyanın iqtisadi cəhətdən inkşaf etmiş ölkələrində qanun dəyişiklikləri uzunmüddətli və mümkün olduğu qədər mükəmməl olur.Xarici ölkələrdə iqtisadi o cümlədən mühasibatlıqla bağlı qanunların dəyişilmə mexanizmi barədə Fins.az-a ətraflı məlumat verən iqtisadçı-ekspert Rauf Qarayev bildirib ki, "Mühasibatlıq haqqında inkişaf etmiş ölkələrdə həyata keçilinən tədbirləri mərhələli şəkildə aşağıdakı kimi qeyd etmək olar

1. Şirkətlər arasında sorğu aparılır.

2. Soruğuların nəticələri toplanır. 
3. Ekspertlərin rəyi alınır.
4. Alimlərin rəyi dinlənilir və təklifləri nəzərə alınır.
5. İri şirkətlərin maliyyə departamntinin rəhbərləri və mühasiblərinin rəyi və təklifləri bilmək üçün konfrans keçirilir. 
6. Çatışmazlıqlar varsa yenidən işlənir.
7. Pilot layihə kimi iri şirkətlərin işlərinin layihə qanunda nəzərdə tutulmuş formada həyata keçirmək üçün onların ixtiyarına verilir. Amma burada onlara vaxt verilir.
8. Praktik baxımından səmərəli olduqda parlamentə müzakirəyə çıxarılır.
İllər keçdikcə qanuna heç bir dəyişiklik edilmir. Səbəb bütün incəliklərdən keçdiyi üçün daha mükəmməldir"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256