BİZNES

Qanun dəyişdi, Azərbaycanda heç kim 149 AZN-dən az təqaüd almayacaq
06 YANVAR
4095

Qanun dəyişdi, Azərbaycanda heç kim 149 AZN-dən az təqaüd almayacaq

2019-01-06 15:49:00

Fins.az-ın məlumatına görə Azərbaycan Respublikasının Əmək pensiyası haqqında qanununa edilmiş dəyişikliklər ölkədə təqaüdə çıxan insanlara bir sıra üstünlüklər verir ."Əmək Pensiyası haqqında" qanuna edilən dəyişikliklərə aydınlıq gətirən iqtisadçı-ekspert Rauf Qarayev bildirib ki, "Əmək Pensiyası haqqında qanunda edilmiş dəyişikliyə əsasən  25 il sığorta stajı olan və pensiya yaşına çatmış şəxs 2019-2020-cu illər üzrə pensiya çıxdıqda ölkə üzrə nəzərdə tutulmuş minimum 149 manat pensiya ala biləcək. Yəni ona 25 il bağışlanacaq. Amma bunun üçün onun pensiya kapitalı olmalıdır. Yəni məbləğdən aslı olmayaraq, pensiya vəsait olmalıdır. Bu 1 manata ola bilər, 5 manatda fərq etmir. 25 il sığorta stajı 2006-ci ilin yanvar ayının 1-nə kimi nəzərdə tutulub. Çünki Əmək pensiyası haqqında qanunvericilik  qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqları Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək qüvvədə olmuş qanunvericilik üzrə yaşa görə əmək pensiyasının hesablanması qaydasında müəyyənləşdirilir. Dövlət tərəfindən vətəndaşa imkan verilir ki, o minimum əmək pensiya ala bilsin. Əvvəl qeyd olunurdu ki, minimum pensiya almaq üçün ya sığorta stajın 25 il olmalıdır bu olmadıqda pensiya hesabında  vəsait olmalıdır (15 800 manat nəzərdə tutulub) artıq 2019-cu ildəki dəyişiklik bunu aradan qaldırır. Bundan əlavə 2021-ci ildən isə bir il azalmaqla olacaq. Yəni 24 il sığorta stajı, 1 il isə çıxmaq istəyənin sığorta stajı olmalıdır"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9398
  • ₽ RUB
    0.0254