BİZNES

Azərbaycan bu ölkədən oduncaq satın alacaq
06 YANVAR
473

Azərbaycan bu ölkədən oduncaq satın alacaq

2019-01-06 03:10:00
Fins.az-ın məlumatına görə, Azərbaycan ,Rusiya Federasiyasının Komi Respublikasının 2018-ci ildə ən çox oduncaq ixrac etdiyi ölkələr sırasındadır.Rusiya Federasiyasının bu subyekti il ərzində,bir milyon kubmetrdən çox taxta-şalban ixrac edib. Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) Komi üzrə idarəsindən, verilən məlumata görə, respublika 2018-ci ildə 1 milyon 100 min kubmetrdən çox oduncaq ixrac edib. Komi Respublikasından taxta-şalbanın, əsas idxalatçıları Azərbaycan, İtaliya, Özbəkistan, Çin, İraq, Latviya, Koreya və Misirdir. Göndərilən məhsulun hamısı idxalatçı ölkələrin fitosanitar tələblərinə cavab verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263