BİZNES

Diqqətli olun marketlərdə və restoranlarda sizə verilən çeklərdə yalnışlıq ola bilər
04 YANVAR
352

Diqqətli olun marketlərdə və restoranlarda sizə verilən çeklərdə yalnışlıq ola bilər

2019-01-04 11:07:00

Fins.az-ın məlumatına görə, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə görə, ticarət və iaşə obyektlərinə,məsələn marketə və ya restorana ödəniləcək məbləğin ƏDV-sinin bir hissəsi yəni 10-15%)-ivətəndaşa qaytarılacaq.Bu qayda  həm nağd, həm də kartla edilən ödənişlərə aid edilir. Ticarət və iaşə obyektlərinə,məsələn marketə və ya restorana ödəniləcək məbləğin ƏDV-sinin 10-15%-inin vətəndaşa qaytarılması ilə bağlı vergilər məcəlləsinə edilən müvafiq dəyişikliklə bağlı açıqlama verən iqtisadçı-ekspert Rauf Qarayev bildirib ki,"Əgər çekinizdə aşağıdakı tələblərə cavab verməyən çek varsa artıq, Vergi Məcələsinin 165.5 maddəsindən istifadə edə bilməyəcəksiniz.

1. vergi ödəyicisinin adı və VÖEN-i;

2. çekin vurulmasının tarixi və saatı;


3. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;


4. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);


5. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;


6. nəzarət-kassa aparatının markası və zavod nömrəsi.


7. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti)

8. malın sürətli məlumat kodu (Quick Response Code).

Yuxarıda qeyd olunan məlumatın biri çekdə yoxdursa, o etibarsız hesab edilir. Ona görə əhalinin nəzərinə çatdırmaq istəyirəm ki, güzəşdən istifadə etmək istəyirsinizsə bu məqamlara diqqət yetirməlisiniz"

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264