BİZNES

Amortizasiya olunan aktivlər üzrə gəlirdən nə qədər məbləğ çıxılır ?
04 YANVAR
315

Amortizasiya olunan aktivlər üzrə gəlirdən nə qədər məbləğ çıxılır ?

2019-01-04 17:48:00

Fins.az-ınn məlumatına görə, amortizasiya – aktivlərin faydalı xidmət müddəti ərzində dəyərinin müntəzəm sürətdə azalması deməkdir. Əsas vəsaitlər istifadə olunması nəticəsində köhnəlir və sıradan çıxır. İstifadəyə yararsız əsas vəsaitlərin amortizasiyasının rəsmiləşdirliməsi üçün müəyyən normalar mövcuddur.Vergi Məcəlləsində amortizasiya normalarına müəyyən dəyişikliklər edilib.İqtisadçı-ekspert Rauf Qarayev Vergi Məcəlləsinə amortizasiya qaydaları ilə bağlı edilmiş dəyişikliklərə aydınlıq gətirərək bildirib ki, “ Məcəllədə göstərilib ki, aşağıdakı məzmunda 114.3-1-ci və 114.3-2-ci maddələr əlavə edilsin:

-114.3-1. ƏDV qeydiyyatında olan şəxslər istisna olmaqla, aparılmış əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylannda) 200.000 manatdan çox olmayan vergi ödəyiciləri amortizasiya ayırmalannı bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən edilən amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxırlar.

114.3-2. Kiçik sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikdən əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən olunmuş amortizasiya normalarına 1,5 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.";

Misal: Mikro sahibkar 20 000 manata avadanlıq alıb. 114.3.1 maddəyə əsasən 20%-dir. Köhnəlmə veririk: 20 000*20%=4000 manat. Dəyişiklikdə bunu 20% *2 = 40%. 20 000 * 40% = 8 000 manat edir.

Misal 2: Kiçik sahibkar 20 manat dəyərində avadanlıq alıb. 114.3.2 maddəyə əsasən 20%-dir. Köhnəlmə veririk: 20 000*20%=4000 manat. Dəyişiklikdə bunu 20% *1,5 = 30%. 20 00 *30%=6 000 manat edir”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256