BİZNES

Bu gündən bu sahələrdə işləyən vətəndaşlar gəlir vergisindən azad olunur
01 YANVAR
1103

Bu gündən bu sahələrdə işləyən vətəndaşlar gəlir vergisindən azad olunur

2019-01-01 11:00:00

Fins.az-ın məlumatına görə, bu gündən etibarən bəzi sahələrdə aylıq əməkhaqqı 8 000 manata qədər olan vətəndaşlar üçün 7 il müddətində gəlir vergisi üzrə 100%-lik güzəşt verilir.Vergilər Məcəlləsinə edilən dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aylıq əməkhaqqı 8 000 manatadək olduqda 0 səviyyəsində, əməkhaqqı 8 000 manatdan çox olduqda isə 8 000 manatdan çox olan məbləğin 14% həcmində müəyyənləşdirilib. Qeyd edək ki, bu qanunun 2019-cu il yanvarın 1-dən 7 il müddətində tətbiqi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9398
  • ₽ RUB
    0.0254