BİZNES

Nazirdən Azərbaycan iqtisadiyyatı ilə bağlı açıqlama
29 DEKABR 2018
569

Nazirdən Azərbaycan iqtisadiyyatı ilə bağlı açıqlama

2018-12-29 09:19:00

Fin.az-ın məlumatına görə,İqtisadiyyat Nazirliyinin və Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Bakıda "Azərbaycanda sənayenin və sahibkarlığın inkişafı" mövzusuna həsr edilən tədbir keçirilib.Tədbiri iqtisadiyyat naziri Şahin Mustafayevaçaraq Azərbaycanda sahibkarlığın inkişafı üçün yaradılan şərait barədə məlumat verib.Nazir bildirib ki, son 15 ildə ölkə iqtisadiyyatı üç dəfədən çox artıb: "Qeyri-neft sektorunda 2,8 dəfə, həmçinin sənaye istehsalında 2,6 dəfə artım müşahidə edilib. Qeyri-neft sənayesi 2,2 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 3 dəfə, dövlət büdcəsinin gəlirləri isə 13,5 dəfə artıb".Ş.Mustafayev deyib ki, qeyri-neft məhsullarının ixracı ötən il 30%-ə yaxın artıb: "Bu il isə 10% artım gözləyirik". 

Qeyd edək ki, tədbirdə sənaye və sahibkarlıq sahəsində fəaliyyət göstərən şirkətlər müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264