BİZNES

Sahib Ələkbərov: Qanunvericiliyə edilmiş dəyişikliklər imkan verəcək ki, sənədsiz mal dövriyyəsinin qarşısı alınsın
27 DEKABR 2018
312

Sahib Ələkbərov: Qanunvericiliyə edilmiş dəyişikliklər imkan verəcək ki, sənədsiz mal dövriyyəsinin qarşısı alınsın

2018-12-27 17:14:00

Fins.az-ın məlumatına görə, Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən verilən məlumata görə, vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, "Vergi sistemində uçot və qeydiyyat məsələlərinə ciddi fikir verilməlidir"Nazir müavini bu məsələlərlə bağlı istehsalçılarla mütəmadi olaraq görüşlər keçirildiyini söyləyib: “Onlar təqdim etdikləri mallara görə sənəd verdiklərini, bəzən həmin sənədləri ticarət şəbəkəsində çalışanların almaq istəmədiklərini bildirirlər. Artıq gömrük sistemində də ciddi şəffaflaşdırma tədbirləri görülür və onlar da deyir ki, sərhəddən keçirilən bütün malların sənədləri var. Qanunvericiliyə edilmiş dəyişikliklər imkan verəcək ki, indiyə kimi həyata keçirilmiş tədbirlərlə birlikdə sənədsiz mal dövriyyəsinin qarşısı alınsın”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266