BİZNES

Belarus Azərbaycanda dərman istehsal edəcək
27 DEKABR 2018
187

Belarus Azərbaycanda dərman istehsal edəcək

2018-12-27 13:51:00

"Azərbaycanla Belarus iqtisadi cəhətdən rəqib deyil, əksinə, bir-birini tamamlayır və bu da hər iki ölkə üçün səfrəlidir". Fins.az xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç deyib. “Belarusun Azərbaycana ixracatı əsasən maşınqayırma, neft-kimya, əczaçılıq, hərbi təyinatlı məmulatlardan ibarətdir. Azərbaycandan isə nef-kimya məhsulları, pambıq lifləri, meyvə-tərəvəz və s. qeyri-neft məmulatları idxal etmişik”, – səfir bildirib. Ağır maşınqayırma sahəsində ikitərəfli əməkdaşlığa toxunan belaruslu diplomat bu ilin aprel ayında Gəncə Avtomobil Zavodunun sayca 10 mininci traktoru istehsal etdiyini xatırladaraq vurğulayıb ki, bu müəssisənin məhsulları artıq üçüncü ölkələrə ixrac olunur.

Gələcəkdə Azərbaycanda onkologiyaya dair dərmanlar da daxil olmaqla dava-dərman istehsalı yaratmağı nəzərdə tutduqlarını bildirən G.Ahramoviç bunun müqabilində Azərbaycanın da Belarusda öz konyak və şərablarının qablaşdırılması müəssisəsi yaratmaq, sonra da həmin məhsullarının həm Belarusda, həm də qonşu ölkələrdə satışını təşkil etmək niyyətində olduğunu diqqətə çatdırıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266