BİZNES

İran məcburiyyətdən milyonlarla barrel neftini bu üsulla satacaq
27 DEKABR 2018
192

İran məcburiyyətdən milyonlarla barrel neftini bu üsulla satacaq

2018-12-27 11:28:00

Fins.az-"Bloomberg"ə istinadən məlumat veritr ki, İranın Neft Nazirliyi 3 milyon barrel xam nefti Tehran Enerji Birjasında satışa çıxarmağa hazırlaşır. İranın neft naziri Bijən Namidar Zəncənə bildirib ki, 3 milyon barrel neftin Tehran Enerji Birjasında satılması üçün müvafiq orqanlarından lazımi icazələr alınıb: “Neftin birjada satışı gələn həftə həyata keçiriləcək. Üç milyon barrel neftin birjada rial ilə satışına dair bütün icazələr alınıb. İstəyə uyğun olaraq birjada neft satışı digər valyutalarla da təşkil ediləcək”.Qeyd edək ki, İranın Neft Nazirliyi tərəfindən ilk dəfə oktyabrın 28-də birjada satışa çıxarılan 1 milyon barrel neftin bir barreli üçün qiymət 79,15 dollar təyin olunmuşdu. Nazirlik ikinci dəfə noyabrın 11-də birjada satışa çıxardığı 700 min barrel neftin bir barrelini isə 64,97 dollara satmışdı. Bu iki satış 20 faiz rial və 80 faiz digər valyuta olmaqla  həyata keçirilmişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9356
  • ₽ RUB
    0.0257