BİZNES

On bir ayda Bakıda ictimai iaşə dövriyyəsi bu qədər olub
27 DEKABR 2018
192

On bir ayda Bakıda ictimai iaşə dövriyyəsi bu qədər olub

2018-12-27 09:31:00

Yanvar-noyabr aylarında Bakının ictimai iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,9 faiz artaraq 887,6 milyon manat olub. Dövriyyənin 99,6 faizi qeyri-dövlət sektorunun müəssisələri hesabına formalaşıb. Fins.az xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsindən bildiriblər ki, bu sektorda iaşə dövriyyəsinin 46,9 faizi hüquqi şəxs statuslu müəssisələrin, 53,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin yanvar-noyabr aylarına nisbətən 11,3 faiz artaraq 416,2 milyon manat təşkil edib.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9126
  • ₽ RUB
    0.0266