BİZNES

Bu meyarlar təsdiqlənməsə, işçilər üzrə gəlir vergisi necə hesablanacaq?
26 DEKABR 2018
608

Bu meyarlar təsdiqlənməsə, işçilər üzrə gəlir vergisi necə hesablanacaq?

2018-12-26 17:43:00

"Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun və bu Qanunun tətbiqinə dair Fərmandan irəli gələn məsələlərlə əlaqədar Vergilər Nazirliyində kütləvi informasiya vasitələri üçün keçirilən mətbuat konfransında əmək haqqıdan güzəştlə bağlı sual vergi rəsmilərinə ünvanlandırılıb: "Hal-hazırda əmək haqqından gəlir vergisi üçün güzəşt tətbiq etməyən neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları müəyyən edilməyib. 01 yanvar 2019-cu il tarixdən Vergi Məcəlləsi qüvvəyə minməsinə baxmayaraq, əmək haqqı üzrə gəlir vergisi tətbiq edəcək müəssisələrin konkret müəssisələr müəyyən edilməyib". Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov bildirib ki, yaxın zamanlarda meyarlar təsdiq olunması gözlənilsə də, gecikdiyi halda da problem yaranmayacaq: "Yanvar ayında 2018-ci il dekabr ayının əmək haqqı üzrə icbari ödənişlər həyata keçirdiliyi üçün, hər hansı dəyişiklik nəzərdə tutulmayacaq. Yanvar ayının əmək haqqısı ay sonunda və icbari ödənişləri (gəlir vergisi və sosial ayırmalar) fevral ayının 20-sinə qədər ödənilməlidir. Bu müddət ərzində meyarlar təsdiq olunacaq ki, kimlər hansı güzəşt və dərəcələrlə icbari ödənişləri hesablamalıdır".

© Mks.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266