BİZNES

Qızıl satanlar vergini belə ödəyəcəklər
26 DEKABR 2018
302

Qızıl satanlar vergini belə ödəyəcəklər

2018-12-26 12:28:00

Fins.az Vergilər məcəlləsinə edilən dəyişikliklərə əsasən,fərdi sahibkar kimi qızıl və digər zərgərlik məhsullarının satışı ilə məşğul olan, sadələşdirilmiş vergi ödəyicisi hasilatdan 2 faiz vergi ödəyə bilər?sualın aydınlıq gətirir.Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur. Qeyd olunanlara əsasən, qızıl və digər zərgərlik məhsullarının satışını həyata keçirən fərdi sahibkar gəlir vergisinin ödəyicisi kimi uçota alınır. Ətraflı məlumat üçün Vergi Məcəlləsi, 218.5.11-ci maddəsi ilə tanış ola bilərsiniz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256