BİZNES

Sosial şəbəkədə alqı-satqı ilə məşğul olanlar vergiyə cəlb olunacaqlar?
25 DEKABR 2018
251

Sosial şəbəkədə alqı-satqı ilə məşğul olanlar vergiyə cəlb olunacaqlar?

2018-12-25 17:16:00

Sosial şəbəkələr üzərindən alqı-satqı həyata keçirən şəxslər vergiyə cəlb olunacaqlar? Fins.az bu sualına Vergilər Nazirinin müavini Sahib Ələkbərov cavablandırarkən qeyd edib ki, “Bu sahə hələ çox inkşaf etmiş sahə hesab olunmur.Vergi orqanı olaraq bizim mövqeyimiz burda bundan ibarətdir ki, o sahənin inkşafına genişlənməsinə şərait yaradılmalıdır.Biz orada fiskal hər hansı funksiyaların həyata keçirilməsində maraqlı deyilik. Əslində onların hamısı potensial vergi ödəyiciləridir.Vergilərini özləri könüllü şəkildə hesablayıb ödəməlidirlər.Düşünürük ki, bizim bu çağırışlarımızdan onlar da nəticə çıxaracaqlar.Hələki bu sahədə hər hansı addım atılmır və biz də onların üstünə gedib ciddi tədbirlər həyata keçirmirik.Biz izləyirik,nəzarət edirik.O sahə daha asan nəzarət olunan sahədir.Biz böyük həcmli vergidən yayınmalar müşahidə etdiyimiz zaman ola bilsin ki, müdaxilə edək. Heç kəs bundan sığortalanmayıb.Biz izləyirik hamısı görürük”

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9356
  • ₽ RUB
    0.0257