BİZNES

Nazirilik rəsmisindən açıqlama: VÖEN-lə işləyən taksi sürücüləri vergini hansı qaydada ödəyəcək?
25 DEKABR 2018
388

Nazirilik rəsmisindən açıqlama: VÖEN-lə işləyən taksi sürücüləri vergini hansı qaydada ödəyəcək?

2018-12-25 16:33:00

Bu gün  Vergilər Nazirliyinin təşkil etdiyi brifinqdə vergi məcəlləsində edilmiş dəyişikliklərlə bağlı brifinq keçirilib. Fins.az-ın VÖEN-lə işləyən taksi sürücüləri vergini hansı qaydada ödəyəcək? sualını Vergilər Nazirliyinin Vergi Siyasəti Departamentinin baş direktoru Samirə Musayeva belə cavablandırıb “Vergilər Məcəlləsində sərnişindaşıma fəaliyyəti ilə məşğul olanlar fərqlənmə nişanı almaqla sadələşdirilmiş rejimdə vergi ödəyirlər , yəni fərqlənmə nişanı alan sahibkar əgər taksi sürücüsü ilə əmək müqaviləsi bağlayırsa qanunla müəyyən olunmuş qaydada əmək haqqından vergi ödənilir.Əgər sürücü xidmətini mülki qaydada həyata keçirirsə sürücü xidmət haqqından sürücünü öz VÖEN varsa sürücü özü gəlirlərinin məbləğindən,vergi rejimindən asılı olaraq,vergiləri dövlət büdcəsinə hesablayıb ödəyir.Bütövlükdə bu növ daşıma fəaliyyəti özünün fərqlənmə nişanının tətbiqi ilə  vergi ödəməsinə hər hansı bir dəyişiklik ediləməyib”

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264