BİZNES

Sadələşdirilmiş vergi bəyannaməsi və icarə haqqı ilə bağlı AKTUAL sualın cavabı
25 DEKABR 2018
642

Sadələşdirilmiş vergi bəyannaməsi və icarə haqqı ilə bağlı AKTUAL sualın cavabı

2018-12-25 14:49:00

Salam. Sadə vergi bəyannaməsində daşınmaz əmlak üzrə əlavə 2 bölməsi doldurulduqda digər bəyannamə ödəmə mənbəyində vergi (icarə üzrə) bəyannaməsi göndərmədikdə - 40 manat maliyyə sanksiyası yazıla bilərmi? Yoxsa icarə vergisi üzrə həm sadə vergi, həm ödəmə mənbəyində vergi bəyannaməsi hər ikisi doldurulub göndərməlidir?

Nadir, [email protected], Sumqayıt (17.04.2018) 

Cavab: Bildiririk ki, “Sadələşdirilmiş verginin bəyannaməsi” formasına Əlavə 2-nin hazırki redaksiyada əlavə edilməsinin əsas məqsədi əmlakı icarəyə götürərək fəaliyyət göstərən vergi ödəyicisinin bütün öhdəliklərinin 1 vahid formada bəyan edilməsinin təmin olunmasıdır.

Bu baxımdan da tərəfinizdən yalnız əmlakın icarəsi ilə bağlı olan hesablanmış gəlir və tutulmuş vergi barədə eyni məlumatların “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ndə təkrarən bəyan edilməsi tələb olunmur və müvafiq olaraq da həmin bəyannamənin təqdim olunmamasına görə maliyyə sanksiyası tətbiq olunmur.

Lakin hesabat rübü ərzində sadələşdiirlmiş verginin ödəyicisinin icarəyə götürülmüş əmlak üçün ödənilən icarə haqqından başqa digər ödənişlərdən ödəmə mənbəyində verginin tutulması öhdəliyi də yaranarsa, bu halda “Sadələşdiirlmiş verginin bəyannaməsi”nin 4 nömrəli bölməsi və həmin bəyannaməyə 2 nömrəli əlavə doldurulmur və həmin hesabat dövrü üçün icarəyə götürülmüş əmlak üçün ödənilən icarə haqqı və digər ödənişlər əks olunmaqla tərtib edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” tərtib edilərək vergi orqanına təqdim edilir.

Bax: vergilər nazirinin 16 oktyabr 2017-ci il tarixli Əmri ilə təsdiq edilmiş ““Sadələşdirilmiş verginin bəyannaməsi və ona Əlavə №– 2”in tərtib edilməsi Qaydası”.

------------------------------------------------------------------------------------------------------

Vergi qanunvericiliyinə aid yeni qanunvericilik və şərhlər toplusu satışda

 www.mks.az saytı mühasiblər, insan resursları mütəxəssisləri, hüquqşünaslar, vergi əməkdaşları üçün nəşrlər silsiləsindən növbəti nəşrini satışa buraxıb. “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.

Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Həmişə praktiki vəsaitlərinin orijinallığı və nəşrlər sahəsində yeniliklərlə oxucuları təəccübləndirməyə davam edən www.mks.az bu dəfə də ənənəsinə sadiq qalıb.

Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

Şərh bölmələri seçilərkən, xüsusilə ziddiyyətli, qanunvericilikdə dəqiq ifadə edilməməsi səbəbindən praktikada müxtəlif cür yozulmalara imkan yaradan müddəalar əsas meyar kimi götürülüb. Ümid edirik ki, bu fəsillərə saytın ekspertlərinin şərhləri ilə yanaşı, rəsmi mövqenin də yerləşdirilməsi oxuculara düzgün nəticə çıxarmağa imkan verəcək.

Kitabın üzərinə vergi qanunvericiliyi bazasına malik, xüsusi proqram təminatlı, axtarış rejimli disk yerləşdirilib ki, bu da istənilən normativ hüquqi aktda lazımı söz, söz birləşməsi və cümlənin asan və tez tapılmasına şərait yaradır. Diskin texniki imkanları nəzərə alınaraq, ora kitabla müqayisədə daha çox normativ hüquqi akt yerləşdirilib.

Həmişəki kimi ünvana ödənişsiz çatdırma və daimi müştərilərimizə qiymət endirimi nəzərdə tutulub.

Sifarişlər (012) 564 86 85 və (050) 368 12 72 nömrəli telefonlarla qəbul olunur.

© Mks.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263